• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb

Çinin Cənubi Qafqazdakı birbaşa xarici investisiyaları on ildə 2,5 dəfə artıb
29.12.2025 12:02

Çin kapitalının Cənubi Qafqaz regionundakı birbaşa xarici investisiya (BXİ) portfeli son on ildə 2,5 dəfə artaraq 2025-ci ilin ilk yarısında 690 milyon ABŞ dollarına çatıb. Bu investisiyaların təxminən 60%-i Azərbaycana, 40%-i Gürcüstana yönəlib. Bu barədə Avrasiya İnkişaf Bankı (EDB) bildirib.

EDB-nin hesabatına görə, regionda Çin kapitalının əsas hədəfi Azərbaycan olaraq qalır və investisiyaların əsas diqqəti emal sənayesi və energetika sektorlarına yönəlir ki, bu da Çinin əvvəllər hasilat yönümlü layihələrdən mərhələli şəkildə uzaqlaşdığını göstərir.

Qlobal BXİ axınları 2024-cü ildə 11% azalsa da, Çin investisiyaları Avrasiya regionunda artmağa davam edib və son 18 ayda 7,4 milyard ABŞ dolları artaraq 66 milyard dolları ötüb.

Cənubi Qafqaz regionu həcminə görə Mərkəzi Asiya və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə müqayisədə kiçik paya malik olsa da, sabit və struktur baxımından keyfiyyətli investisiya portfeli ilə fərqlənir.

Çinin Avrasiya regionundakı ümumi BXİ portfeli 2025-ci ilin ortalarına 66,1 milyard ABŞ dollarına çatıb ki, bu da son on ildə 80% artım deməkdir və emal sənayesi ilə energetika hazırda artımın əsas drayverləri hesab olunur.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol