• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb

Azərbaycanda KOB-lara 8 ildə 2,2 mln manat qrant ayrılıb
29.12.2025 14:12

Son 8 ildə Azərbaycanda kiçik və orta biznes subyektlərinin (KOB) təhsil, elm və tədqiqat layihələrinə 129 layihə üzrə 2,2 milyon manat qrant ayrılıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) açıqlamasına görə, bu müddət ərzində sahibkarlara 10 000-ə yaxın ödənişsiz məsləhət xidməti göstərilib, 64 800 sahibkara 5 200 təlim keçirilib. 2 200-dən artıq sahibkar isə video təlim platformasından istifadə edib.

Ölkənin 47 şəhər və rayonunda, o cümlədən işğaldan azad edilmiş Laçın, Zəngilan, Kəlbəcər və Füzulidə 48 KOB dostu fəaliyyət göstərir. 700-ə yaxın sahəvi görüş və 50 ictimai müzakirədə 22 500-dən çox sahibkar iştirak edib.

KOBİA-nın sosial layihələri çərçivəsində 220 qazi və şəhid ailəsi üzvü, 65 gənc və 70 qadın sahibkara biznesə başlamasında dəstək verilib. 850 gənc "KOB könüllüləri" proqramına qoşulub.

KOB sektorunun rəqəmsallaşması üçün e-KOB evi portalı beta versiyada istifadəyə verilib və yeni ildən tam fəaliyyət göstərəcək.

2018-2024-cü illərdə KOB-ların sayı 74% artaraq 424 000-i keçib. KOB-ların yaratdığı əlavə dəyər 2 dəfədən çox artaraq 21,1 milyard manata çatıb, əlavə dəyərdə payları 13,4%-dən 18,5%-ə yüksəlib. İşçi sayı 47,6% artaraq 417 800 nəfərə çatıb, dövriyyəsi isə 48 milyard manatla ölkə üzrə qeyri-neft dövriyyəsinin 37,4%-ni təşkil edib.

KOBİA 28 dekabr 2017-ci il tarixli Prezident fərmanı ilə yaradılıb və 8 ildə KOB sektorunun inkişafında institusional dayağa çevrilib.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol