• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib

Qeyri neft sektorunun ixracı 3,3 milyard ABŞ dollarını keçib
30.12.2025 10:28

Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2025-ci ilin yanvar–noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 7,3% artaraq 3,3 milyard ABŞ dollarına çatıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın dekabr sayında bildirilir.

Məlumata görə, hesabat dövründə yeyinti məhsulları üzrə ixrac 19,4% artaraq 1,1 milyard ABŞ dolları təşkil edib.

İcmalda qeyd olunur ki, on bir ay ərzində şəkər ixracı illik müqayisədə 52,4% və ya 19,6 milyon ABŞ dolları, meyvə-tərəvəz ixracı 28,6% və ya 179,6 milyon ABŞ dolları artıb. Alüminium və ondan hazırlanan məmulatların ixracı 16,8% (30,6 milyon ABŞ dolları), kimya sənayesi məhsulları 13,9% (36,9 milyon ABŞ dolları), pambıq iplik 13,3% (3,6 milyon ABŞ dolları) yüksəlib.

Eyni zamanda, çay ixracı 3% və ya 177,6 min ABŞ dolları, bitki və heyvan mənşəli piylər və yağlar üzrə ixrac isə 2% və ya 500,2 min ABŞ dolları artım göstərib.

İİTKM-nin məlumatına əsasən, qeyri-neft ixracındakı artım əsasən kənd təsərrüfatı və emal sənayesi məhsullarının payının yüksəlməsi hesabına formalaşıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol