• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi

On bir ayda ən çox xurma ixrac olunub - Rəsmi
30.12.2025 10:34

Azərbaycanın aqrar məhsullar üzrə ixracı 2025-ci ilin yanvar–noyabr aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 27,1% artaraq 892,1 milyon ABŞ dollarına çatıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) məlumatına görə, aqrar-sənaye məhsulları üzrə ixrac isə 0,3% artaraq 288,2 milyon ABŞ dolları təşkil edib.

Hesabat dövründə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 19,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

İİTKM-nin icmalına görə, yanvar–noyabr aylarında qeyri-neft sektoruna aid ixrac malları arasında qızıl 297,4 milyon ABŞ dolları ilə ilk sırada yer alıb. Pomidor (tomat) ixracı 175,4 milyon ABŞ dolları ilə ikinci, karbamid ixracı isə 163,4 milyon ABŞ dolları ilə üçüncü olub.

Eyni zamanda, 2025-ci ilin noyabr ayında qeyri-neft sektoru üzrə ixracda xurma 40,9 milyon ABŞ dolları ilə birinci yerə yüksəlib. Həmin ay meşə fındığı ixracı 26,2 milyon ABŞ dolları ilə ikinci, emal olunmamış, aşqarlanmamış alüminium isə 23 milyon ABŞ dolları ilə üçüncü pillədə qərarlaşıb.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol