• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

ABB-dən daha 3 hesabat!

ABB-dən daha 3 hesabat!
30.12.2025 13:49

ABB ölkəmizin əmək bazarı, Azərbaycanda pərakəndə ticarət sektoru, həmçinin Bakı şəhərinin daşınmaz əmlak bazarı ilə bağlı daha 3 araşdırma-hesabatını ictimaiyyətə təqdim edib. Əmək bazarı ilə bağlı Bankın 1-ci hesabatında 2024 – 2025-ci illər üzrə Azərbaycanın əmək bazarının mövcud vəziyyəti, qlobal trendlərin yerli bazara təsiri və əsas sosial iqtisadi göstəricilər təhlil edilir. Burada Azərbaycanın bölgələri üzrə işçi qüvvəsi, məşğul əhali və əməkhaqqı səviyyəsi barədə maraqlı məlumatlar verilir,  fəaliyyət növləri, cins, yaş, təhsil və s. qrupları üzrə təsnifatlar aparılır, Azərbaycandakı əmək vazarının digər ölkələrlə müqayisəsi verilir. 

Pərakəndə ticarət sektoru ilə bağlı hesabat isə ABB-nin bu mövzuda 2-ci hesabatıdır. Burada müvafiq sektorun istehlak bazarındakı payı müəyyənləşdirilir. Pərakəndə ticarət dövriyyəsi, onun növləri, pərakəndə ticarətin məhsul qrupları, istehlak qiymətləri indeksi, coğrafi təsnifat nəzərdən keçirilir, əhali üzrə analiz aparılır, elektron pərakəndə ticarət dövriyyəsinin əsas göstəriciləri təqdim olunur. 

Bakı şəhəri üzrə daşınmaz əmlak bazarının təhlili ilə bağlı ABB-nin 4-cü hesabatında isə 2025-ci ilin 3 rübündə paytaxtın daşınmaz əmlak bazarındakı əsas tendensiyalar izlənir. 

Maraqlı tərəflər üçün faydalı olan bu cür araşdırma-hesabatların hazırlanması bir çox xarici bankların geniş istifadə etdiyi təcrübədir. Azərbaycanda bu təcrübəni ilk dəfə məhz ABB tətbiq edib. Bankın mütəmadi olaraq müxtəlif sahələr üzrə yaydığı araşdırma hesabatlarla buradan tanış ola bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol