• $
  • £

Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub

Rumıniya ABŞ-ın Ukrayna üçün silah tədarükü proqramına qoşulub
31.12.2025 18:09

Rumıniya NATO üzvü olan Avropa ölkələrinin Kiyev üçün ABŞ ehtiyatlarından silah aldığı PURL (Ukrayna üçün Prioritet Tələblər Siyahısı) proqramı çərçivəsində Ukraynaya silah alınması məqsədilə 50 milyon avro vəsait ayıracaq.Bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin rəsmi saytında dərc olunmuş mətbuat açıqlamasında bildirilir ki, “Rumıniya hökuməti ABŞ-ın təklif etdiyi PURL-a töhfə verən ölkələrə qoşulmaq və 50 milyon avro məbləğində ianə etmək barədə qərar qəbul edib”.

Xarici İşlər Nazirliyi vurğulayıb ki, “PURL mexanizmi, xüsusilə Tramp administrasiyasının müttəfiqlər arasında təhlükəsizlik məsuliyyətlərinin daha ədalətli bölüşdürülməsi yanaşması kontekstində, ABŞ administrasiyası üçün mühüm xarici siyasət və təhlükəsizlik alətidir. ABŞ tərəfi PURL vasitəsilə tərəfdaş ölkələri Ukraynanın dəstəklənməsinə birbaşa və ölçülə bilən şəkildə cəlb etməyə, eyni zamanda əlaqələndirilmiş fəaliyyət çərçivəsi yaratmağa çalışır”.

PURL proqramı iyulun 14-də ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte tərəfindən irəli sürülüb. Bu mexanizm çərçivəsində NATO müttəfiqləri Ukrayna üçün ABŞ ehtiyatlarından silah alışı həyata keçirirlər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran ABŞ-nin yanacaqdoldurma təyyarələrini vurub
Dünya 23:40
İran ABŞ-nin yanacaqdoldurma təyyarələrini vurub
Pakistan və Türkiyənin XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Dünya 22:15
Pakistan və Türkiyənin XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Более 300 военных США ранены в войне
Dünya 21:50
Более 300 военных США ранены в войне
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək
Dünya 17:30
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Dünya 08:53
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Dünya 22:31
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Dünya 22:06
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
Dünya 20:10
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Dünya 18:00
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol