• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Aztelekom Qarabağ və Şərqi Zəngəzurda rabitə şəbəkəsini genişləndirib

Aztelekom Qarabağ və Şərqi Zəngəzurda rabitə şəbəkəsini genişləndirib
05.01.2026 10:31

Son bir il ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 9 şəhər, 27 kənd və qəsəbə rabitə və yüksəksürətli internet infrastrukturu ilə təmin edilib. Bu barədə  AZCON Holding-ə daxil olan “Aztelekom” MMC məlumat yayıb. 

Hesabat dövründə bölgədə 4 308 yeni abunəçi — ev təsərrüfatları və biznes subyektləri — şəbəkəyə qoşulub. Müqayisə üçün, ilkin mərhələlərdə əsas diqqət magistral xətlərin çəkilişinə yönəlmişdisə, son bir ildə birbaşa istifadəçi qoşulmaları ön plana çıxıb.

Şirkət bildirib ki, bölgədə quraşdırılmış 25 OLT (Optik Xətt Terminalı) avadanlığı vasitəsilə GPON texnologiyası tətbiq olunur. Bu texnologiya əvvəlki mis əsaslı şəbəkələrlə müqayisədə daha yüksək ötürmə sürəti və dayanıqlıq təmin edir.

Qarabağ regionu üzrə 2025-ci il üçün planlaşdırılmış mərhələ çərçivəsində 25 magistral xəttin tikintisi tamamlanıb. Təxminən 1 000 kilometr uzunluğunda fiber-optik magistral şəbəkə regionda rabitə infrastrukturunun əsas dayağı kimi çıxış edir və gələcək istifadəçi artımı üçün baza yaradır.

Aztelekom bildirir ki, növbəti mərhələlərdə əsas hədəf mövcud magistral şəbəkə üzərindən daha çox yaşayış məntəqəsinin və abunəçinin qoşulmasıdır. Bu da Böyük Qayıdış proqramı çərçivəsində bölgədə sosial-iqtisadi aktivliyin artmasına xidmət edir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
İqtisadiyyat 11:10
Azərbaycan Türkiyəyə qaz nəqlini 30 %-ə yaxın artırıb
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol