Yaponiyanın qərbində 6,2 maqnitudalı zəlzələ qeydə alınıb
Yaponiyanın qərbində 6,2 maqnitudalı zəlzələ baş verib. Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Məlumata görə, Simane prefekturasında qeydə alınan yeraltı təkanların episentri təxminən 10 kilometr dərinlikdə yerləşib.
Zəlzələdən sonra sunami təhlükəsi elan edilsə də, vəziyyətin qiymətləndirilməsindən sonra xəbərdarlıq bir neçə dəqiqə ərzində ləğv edilib. Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.
Aytac