• $
  • £

Plazalarda şəxsiyyət vəsiqəsinin tələb olunması qanunla doğrudurmu?

Plazalarda şəxsiyyət vəsiqəsinin tələb olunması qanunla doğrudurmu?
07.01.2026 16:25

Azure plazaya daxil olarkən vətəndaşdan şəxsiyyət vəsiqəsini təqdim etməsi tələb olunub. Ona izah edilib ki, vəsiqə təqdim olunmazsa, plazanı tərk etməlidir. Bu barədə adının açıqlanmasını istəməyən vətəndaş Anews.az-a şikayətində bildirib. 

Vətəndaş bunun qanunsuz olduğunu düşünür.

Hüquqşünas Xəyal Bəşirov qeyd edir ki, vətəndaşlardan şəxsiyyət vəsiqəsinin götürülməsi heç bir halda qanuni deyil. 

“Şəxsiyyət vəsiqəsi dövlət sənədidir və heç bir halda vətəndaşın özündən alınaraq saxlanıla bilməz. Dövlət qurumlarında və bank kimi əməliyyatlarda qısa müddət üçün götürülməsi başqa məsələdir. Lakin plazaların qeydiyyat bölümündə saatlarla qalması qanuna ziddir. Vətəndaşlar könüllü şəkildə vəsiqəni təqdim etsələr, bu, verənin məsuliyyətini də artırır,” –  hüquqşünas vurğulayıb.

O əlavə edib ki, vətəndaşlar vəsiqəni təqdim etməkdən imtina edə bilərlər və plazalar bu qaydaları zorla tətbiq edə bilməz. Əks halda vəsiqə ilə qanunsuz əməliyyatlar aparıla bilər.

Araşdırmamız zamanı mövzuya uyğun olaraq bəzi plazalarla da əlaqə saxladıq:

Azure Plaza: Ziyarətçilərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Vəsiqə, görüş başa çatdıqdan sonra geri qaytarılır.

Dəmirçi Plaza və Çıraq Plaza: Ziyarətçilərdən vəsiqə tələb olunmur; giriş QR kod sistemi ilə aparılır.

Landmark Business Center: Vəsiqə tələb olunur, məlumatlar sistemə daxil edilir və sonra geri qaytarılır.

ISR Plaza: Giriş üçün vəsiqə tələb olunur, alternativ olaraq ofisin əməkdaşı ziyarətçini qarşılayır.

Caspian Plaza: Vəsiqə təqdim olunmalıdır, qeydiyyat aparıldıqdan sonra qaytarılır.

Bridge Plaza: Vəsiqə tələb olunmur.

Azərbaycan Respublikasının “Vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında” Qanununa əsasən, vəsiqə yalnız sahibinin şəxsiyyətini təsdiq etmək üçün istifadə edilə bilər. Hər hansı təşkilat və ya fiziki şəxs vəsiqəni daimi olaraq saxlayıb istifadə edə bilməz.

İstiqamət: 6.3.4. ictimai və dövlət maraqlarının müdafiəsi;

Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb. 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
British Council Azərbaycanda diqqəti dil tədrisindən imtahanlara yönəldir - səfir
Cəmiyyət 11:43
British Council Azərbaycanda diqqəti dil tədrisindən imtahanlara yönəldir - səfir
"Yeni Klinika"nın direktor müavini vəzifəsindən ayrılıb
Cəmiyyət 11:29
"Yeni Klinika"nın direktor müavini vəzifəsindən ayrılıb
Bakıxanovda yol təmiri ilə əlaqədar 78 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib
Cəmiyyət 11:15
Bakıxanovda yol təmiri ilə əlaqədar 78 nömrəli marşrutun hərəkət sxemi dəyişdirilib
Britaniya səfiri Azərbaycan Ermənistan münasibətlərindən danışıb
Cəmiyyət 11:08
Britaniya səfiri Azərbaycan Ermənistan münasibətlərindən danışıb
Bir gündə 76 cinayətin üstü açılıb
Cəmiyyət 10:38
Bir gündə 76 cinayətin üstü açılıb
Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:29
Bakı və Sumqayıtın bir sıra ərazilərində işıq olmayacaq
Rubl və avro bahalaşıb - məzənnə
Cəmiyyət 09:00
Rubl və avro bahalaşıb - məzənnə
Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 22:31
Bərdədə 54 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edilib
Cəmiyyət 18:54
Azərbaycanlı dənizçilərin olduğu gəmiyə Qara dənizdə dronla hücum edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol