• $
  • €
  • ₽
  • ₺
  • £

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib - birgə məlumat

Yeddi il əvvəl itkin düşmüş şəxsin qəsdən öldürülməsi müəyyən edilib - birgə məlumat
21.09.2026 10:57

Azərbaycan Respublikasının prokurorluq və daxili işlər orqanlarının birgə fəaliyyəti nəticəsində daha bir xüsusilə ağır cinayətin üstü açılıb. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumat yayıb.

Məlumata görə, 2019-cu ilin mart ayında Cəlilabad rayonunun Göytəpə şəhər sakini Məmmədov Nadir Bahadır oğlunun həmin ilin mart ayında yaşadığı evdən çıxdıqdan sonra geri qayıtmaması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Müraciət əsasında Nadir Məmmədovun itkin düşməsi ilə bağlı Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən zəruri araşdırma və əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış araşdırmanın nəticələri üzrə toplanmış material üzrə Cəlilabad rayon prokurorluğunda 8 avqust 2019-cu il tarixdə cinayət işi başlanılıb.

İş üzrə aparılmış ibtidai istintaq zamanı çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri icra olunub, lakin görülmüş tədbirlərə baxmayaraq, həmin dövrədək Nadir Məmmədovun olduğu yeri aşkarlamaq mümkün olmadığından, cinayət işi üzrə icraat sonuncu dəfə 18 oktyabr 2022-ci il tarixdə dayandırılıb.

Sonrakı dövrdə Cəlilabad rayon prokurorluğu və rayon polis şöbəsinin əməkdaşları tərəfindən peşəkarlıqla davam etdirilən koordinasiyalı istintaq və əməliyyat-axtarış tədbirləri, o cümlədən toplanmış sübutların qarşılıqlı və hərtərəfli təhlili nəticəsində Nadir Məmmədovun itkin düşməsinin qəsdən adam öldürmə cinayəti ilə əlaqəli olduğu təsdiqlənib.

İbtidai istintaqla Nadir Məmmədovun əvvəldən tanıdığı 1959-cu il təvəllüdlü Ələkbərov Ramiz Dadaş oğlu tərəfindən ondan qisas almaq məqsədilə qəsdən öldürülməsinə əsaslı şübhələr müəyyən edilib.

Belə ki, 23 mart 2019-cu il tarixdə Nadir Məmmədovun spirtli içkinin təsiri altında olmasından istifadə edən Ramiz Ələkbərov onu Göytəpə şəhəri ərazisində idarə etdiyi avtomobilə əyləşdirərək Masallı rayonunun Təzə Alvadı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə aparıb.

Həmin gün təxminən saat 22 radələrində avtomobildə əyləşən Nadir Məmmədovu boğaraq qəsdən öldürən Ramiz Ələkbərov törətdiyi cinayəti gizlətmək məqsədilə onun meyitini həyətyanı sahədə yerləşən istifadəsiz su quyusuna atıb.

20 sentyabr 2026-cı il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəllənin 120.1-ci maddəsinə (qəsdən adam öldürmə) tövsif edilib.

Ramiz Ələkbərov həmin tarixdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulub və müdafiəçisinin iştirakı ilə dindirilərkən ona elan edilmiş ittiham üzrə ifadə verərək cinayətin törədilməsini etiraf edib.

Həmçinin Ramiz Ələkbərovun iştirakı ilə hadisə yerinə baxış keçirilərkən, onun əyani olaraq göstərdiyi istifadəyə yararsız su quyusunda qazıntı işləri aparılıb və qazıntı zamanı insana məxsus olması ehtimal edilən sümük fraqmentləri aşkar olunaraq götürülüb.

Hazırda cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Ötən illərdən bağlı qalmış cinayət işlərinin üstünün açılması, o cümlədən itkin düşmüş şəxslərlə bağlı faktların araşdırılması Baş Prokurorluq tərəfindən daim diqqət mərkəzində saxlanılmaqla, aidiyyəti dövlət qurumları, o cümlədən Daxili İşlər Orqanları ilə birgə kompleks tədbirlər davam etdirilir.

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Cəmiyyət 13:16
İrandan Azərbaycana qanunsuz keçməyə cəhd göstərən Əfqanıstan vətəndaşları saxlanılıb
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Cəmiyyət 13:03
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:53
Sabahın hava proqnozu açıqlanıb
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
Cəmiyyət 12:47
Deputat: yolun bir tərəfi qazlaşdırılıb, digər tərəfi isə qazsız qalıb
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Cəmiyyət 12:34
İlham Əliyev və Mehriban Əliyeva “AIREX 2026” sərgisi ilə tanış olublar
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Cəmiyyət 12:28
Səməd Vurğunun əmisi nəvəsi bıçaqlanıb
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Cəmiyyət 12:04
Bakıda "Prado" ana və körpəsini vurub - VİDEO
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Cəmiyyət 11:47
Son altı ildə 1127 uşağın müəssisələrə verilməsinin qarşısı alınıb
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Cəmiyyət 11:46
Azərbaycanlı gənc İrəvana dostunun toyuna gedib - Video
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol