"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,13 dollar (1,72%) azalaraq 64,60 dollara bərabər olub.
Bu, son günlərin ən aşağı göstəricilərindən biridir. Eyni zamanda, Ceyhan limanında (FOB) "Azeri Light" nefti 62,8 dollara təklif olunur.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində müəyyən edilib.
Hazırkı qiymətin (64,60$) bu həddən aşağı düşməsi büdcə daxilolmaları üçün müəyyən risklər yaratsa da, mütəxəssislər il ərzində orta qiymətin yenidən balanslaşacağını gözləyirlər.
Müqayisə üçün, "Brent" markalı neft hazırda 61,89 dollar ətrafında satılır.
N.Təbrizli