• $ 1.7
  • € 1.9983
  • ₽ 0.022141
  • ₺ 0.0388
  • £ 2.2849

Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır

Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
09.01.2026 18:23

Elektron Təhlükəsizlik Xidməti (Milli CERT) “Telegram” və “WhatsApp” ani mesajlaşma tətbiqi üzrə son dövrlərdə istifadəçi hesablarının icazəsiz ələ keçirilməsi hallarının artması ilə bağlı araşdırmaları davam etdirir.Bu barədə ETX-dan məlumat verilib.

Bildirilib ki,daxil olan müraciətlərin və aşkarlanmış faktların təhlili göstərir ki, bir çox istifadəçi əlavə təhlükəsizlik mexanizmlərindən yararlanmır. Bu səbəbdən vətəndaşlara hər iki platformada iki mərhələli təsdiqləmə funksiyasını aktivləşdirmək tövsiyə olunur.

Məlumata görə, “Telegram”da iki mərhələli təsdiqləməni aktivləşdirmək üçün istifadəçilər “Ayarlar” bölməsindən “Məxfilik və Təhlükəsizlik” hissəsinə keçərək əlavə şifrə təyin etməli və bərpa üçün elektron poçt ünvanı daxil etməlidirlər. Bu halda hesaba giriş təkcə SMS-kodla deyil, alternativ doğrulama üsulları ilə həyata keçirilir ki, bu da təhlükəsizlik risklərini azaldır.

“WhatsApp”da isə iki mərhələli təsdiqləmə “Ayarlar” bölməsində “Hesab” hissəsindən aktivləşdirilir. Burada altı rəqəmli PIN kod təyin olunur və hesabın əlavə qorunması üçün elektron poçt ünvanının daxil edilməsi tövsiyə edilir. PIN kod vaxtaşırı sorğulanaraq hesabın təhlükəsizliyini təmin edir.

Elektron Təhlükəsizlik Xidməti həmçinin bildirib ki, problemin aradan qaldırılması məqsədilə sözügedən tətbiqlərin rəsmi nümayəndələri ilə mütəmadi müzakirələr aparılır.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Telegram” kanalları kütləvi surətdə bloklanır
Texnologiya 21:20
“Telegram” kanalları kütləvi surətdə bloklanır
“X”in fəaliyyətində problem yaranıb
Texnologiya 18:29
“X”in fəaliyyətində problem yaranıb
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Texnologiya 21:03
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
Texnologiya 20:29
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Texnologiya 09:15
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Texnologiya 18:23
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Texnologiya 14:20
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Texnologiya 11:34
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol