• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Niyə Afina Azərbaycan qazını ləngidir? - TƏHLİL

Niyə Afina Azərbaycan qazını ləngidir? - TƏHLİL
12.01.2026 10:29

Yunanıstanın tənzimləyici qurumu RAE “bürokratik səbəbləri” əsas gətirərək TAP qaz kəmərinin yeni güclərini artıq altı aydır lisenziyalaşdırmır. Bu səbəbdən Bakı tərəfindən 2026-cı ilin yanvarından etibarən tədarükünə başlanılan əlavə 1,04 milyard kubmetr qaz “risk zonasında” qalır.

Ekspertlərin fikrincə, bunun arxasında iki əsas səbəb dayanır. Yunanıstanın ABŞ-ı razı salmaq cəhdi — Amerika LNG-si (maye təbii qaz) üçün terminalların təşviqi — və əsas qaz habı rolu uğrunda Türkiyə ilə davam edən rəqabət.

Azərbaycan qış mövsümü üçün müvəqqəti texniki həll tapsa da, Kipoyedə yeni kompressorun işə salınmaması halında yay aylarında tədarüklər pozula bilər. Afina faktiki olaraq Avropanın enerji təhlükəsizliyindən öz geosiyasi maraqları üçün alət kimi istifadə edir.

2026-cı ilin əvvəlində Azərbaycan qazının Yunanıstan üzərindən tranziti ilə bağlı vəziyyət ekspert və diplomatik dairələrdə müzakirə mövzusuna çevrilib.

Rəsmi Yunanıstan KİV-ləri məlumatları ehtiyatla təqdim etməyə çalışsa da, Avropa tənzimləyicilərinin məlumatlarının və ixtisaslaşan resursların təhlili müəyyən gərginliyin mövcudluğunu təsdiqləyir.

Yunanıstanın Energypress resursu və Cənub-Şərqi Avropa Energetika İnstitutu (IENE)-nin hesabatları göstərir ki, TAP-ın gücünün 1,2 milyard kubmetr artırılması konsorsium tərəfindən hələ 2025-ci ilin sonlarında texniki baxımdan tamamlanıb (Kipoyedə kompressorun quraşdırılması).

RAE (indiki adı ilə RAAE) həmin seqment üzrə yekun istismar lisenziyasının verilməsini ləngidir və bunu “yenilənmiş stansiyanın ekoloji standartlarının əlavə yoxlanmasına ehtiyac” və “Yunanıstanın milli qaz-nəqliyyat sistemi (DESFA) ilə sinxronlaşdırma” zərurəti ilə əsaslandırır.

Brüsseldə bu ləngimə xoşagəlməz gecikmə kimi qiymətləndirilir, çünki Avropa Komissiyası bu həcmlərlə Rusiya qazının qalıqlarını əvəzləməkdə son dərəcə maraqlıdır.

Yunan analitik nəşrləri (məsələn, Kathimerini və Ot.gr) Afinanın strateji prioritetinə — “Şaquli qaz dəhlizi”nə xüsusi diqqət çəkir.

Yunanıstan Revithussa və Aleksandrupolis terminalları vasitəsilə ABŞ LNG-si üçün regional qaz habına çevrilmək istəyir.

Azərbaycan boru kəməri qazı obyektiv olaraq Amerika LNG-sindən daha ucuz və daha sabitdir. TAP güclərinin sürətlə genişlənməməsi Yunanıstan üçün sərfəlidir, çünki bu, öz terminallarını və Bolqarıstan və Ukrayna istiqamətində marşrutlarını “irəli çəkməyə” imkan verir.

Avropa enerji platformaları (məsələn, ICGB və RBP) qeyd edir ki, 2025-ci ilin sonlarında ABŞ və Yunanıstan Ukraynaya Yunanıstan üzərindən qaz tədarükü ilə bağlı danışıqları fəallaşdırıblar.

Afinadan daxil olan qeyri-rəsmi məlumatlar (To Vima nəşrində dərc olunub) göstərir ki, Vaşinqtondakı müəyyən dairələr Yunanıstana “azadlıq molekulları”nın (ABŞ qazı belə adlandırılır) satışını  prioritetləşdirilməsi üçün yumşaq təzyiq göstərir.

TAP üçün yaradılan bürokratik maneələr bu qəbildəndir. 

Yeni kompressor üçün lisenziya verilməsə də Azərbaycan vəd edilən əlavə həcmlərin (1,04 milyard kubmetr) tədarükünə  2026-cı il yanvarın 1-dən başlayıb.

Qış aylarında boru kəmərində təzyiqin yüksək olması yeni kompressor işə salınmadan da daha çox qaz nəqlinə imkan verir.

Amma avropalı ekspertlər xəbərdarlıq edirlər ki, əgər 2026-cı ilin mayına qədər lisenziya alınmasa, yay temperaturu səbəbindən qazın genişlənməsi fiziki tədarük həcmlərinin azalmasına səbəb ola biləlr.

N. Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol