• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Zəngəzur dəhlizi 2030-cu ilə açıla bilər - nazir

Zəngəzur dəhlizi 2030-cu ilə açıla bilər - nazir
13.01.2026 15:26

224 kilometrlik Qars–İğdır–Aralık–Dilucu dəmir yolu xətti Zəngəzur dəhlizi layihəsi baxımından mühüm əhəmiyyət kəsb edir və xəttin tikintisi ötən ildən davam edir. Bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu bildirib.

Nazirin sözlərinə görə, Zəngəzur dəhlizi marşrutu üzrə işlər Azərbaycan ərazisində də paralel şəkildə aparılır. O əlavə edib ki, dəhlizin Ermənistan ərazisindən keçən hissəsinin tikintisində ABŞ-ın iştirak etməsi məsələsi gündəmdədir.

“Bu il bu istiqamətdə irəliləyiş gözləyirik. Bu da Zəngəzur dəhlizinin 2030-cu ilə qədər istismara verilməsinə imkan yarada bilər”, –  Uraloğlu jurnalistlərə bildirib.

Zəngəzur dəhlizi Azərbaycanı Naxçıvanla birləşdirməyi, eyni zamanda Türkiyə ilə birbaşa dəmir yolu əlaqəsi yaratmağı hədəfləyən regional nəqliyyat layihəsidir. Layihə Cənubi Qafqazda logistika, ticarət və geosiyasi balans baxımından strateji əhəmiyyət daşıyır və beynəlxalq aktorların diqqət mərkəzindədir.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol