• $
  • £

Bayramov həmkarı ilə Venesueladakı son hadisələri müzakirə edib

Bayramov həmkarı ilə Venesueladakı son hadisələri müzakirə edib
13.01.2026 19:51

13 yanvar 2026-cı il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri İvan Xil Pinto arasında telefon danışığı aparılıb. Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Telefon danışığı zamanı, Venesuelada son hadisələr, eləcə də Azərbaycan və Venesuela arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Venesuelada baş verən hadisələr nəticəsində həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Venesuelada sülh və sabitliyin bərqərar olacağına, Venesuelanın birliyinin qorunacağına ümidvar olduğunu bildirib.

Venesuela naziri telefon danışığı zamanı son inkişaflar barədə ətraflı məlumat verib. Venesuelada prezident vəzifələrinin müvəffəqiyyətlə icra edildiyini, dövlət qurumlarının işlək vəziyyətdə olduğunu bildirib. Nazir bununla yanaşı, ABŞ tərəfi ilə dialoqun davam etdiyini, ABŞ şirkətlərinin, xüsusilə energetika sahəsində fəaliyyətlərini bərpa olunduğunu, səfirliklərin qarşılıqlı şəkildə fəaliyyətə başlaması üçün danışıqlar aparıldığını diqqətə çatdırıb.

Nazirlər Azərbaycanla Venesuela arasında ikitərəfli münasibətlərin inkişafı istiqamətində səylərin davam etdirilməsinin, beynəlxalq təşkilatlar, xüsusilə BMT və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyə əsaslanan əməkdaşlığın vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Siyasət 11:53
Litva Baş nazirinin Azərbaycana səfəri gözlənilir
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
İlham Əliyev Qırğızıstana səfər edəcək
Siyasət 14:44
İlham Əliyev Qırğızıstana səfər edəcək
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Siyasət 13:52
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Siyasət 12:05
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Siyasət 11:58
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Siyasət 11:38
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol