Azərbaycanda ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 4 dəfədən çox artırılıb
Azərbaycanda ünvanlı dövlət sosial yardımına ayrılan vəsait 2018-ci ildəki 108 milyon manatdan 2026-cı ildə 465 milyon manata çatdırılıb. Bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev “AzTV”yə müsahibəsində bildirib.
Nazirin sözlərinə görə, bu dövrdə ünvanlı sosial yardımın orta məbləği 2,4 dəfə, yaşayış minimumu isə 73 faiz artıb. O əlavə edib ki, ehtiyac meyarı da 2,3 dəfə yüksəldilib.