• $
  • £

Tramp Pəhləviyə dəstək barədə danışmağın hələ tez olduğunu deyib

Tramp Pəhləviyə dəstək barədə danışmağın hələ tez olduğunu deyib
15.01.2026 09:55

İranın vəliəhd şahzadəsi Rza Pəhləvinin ölkə daxilində dəstək qazana biləcəyi barədə danışmaq hələ tezdir. Bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“Onun xoş biri olduğu görünür, lakin öz ölkəsində necə qarşılanacağını bilmirəm,” — Tramp Reuters agentliyinə müsahibəsində deyib.

Trampın sözlərinə görə, Vaşinqton vəziyyəti təhlil etməkdə davam edir və hazırda nəticə çıxarmaq tezdir.

“Onun rəhbər rolda qəbul ediləcəyini bilmirəm. Əgər qəbul etsələr, mən etiraz etmərəm,” —  o əlavə edib.

İranda mümkün hakimiyyət dəyişikliyindən danışan Tramp bildirib ki, “istənilən rejim süqut edə bilər”.

Daha əvvəl Axios nəşri ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun yanvarın 10–11-də Pəhləvi ilə qapalı görüş keçirdiyini yazıb.

Bu, etirazlar başlayandan sonra Tramp administrasiyası ilə İran müxalifəti arasında ilk yüksək səviyyəli təmas olub.

Yanvarın 12-də Tramp İranla ticarət aparan bütün ölkələrə qarşı ABŞ tərəfindən 25 faiz rüsum tətbiq ediləcəyini açıqlayıb.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran ABŞ-nin yanacaqdoldurma təyyarələrini vurub
Dünya 23:40
İran ABŞ-nin yanacaqdoldurma təyyarələrini vurub
Pakistan və Türkiyənin XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Dünya 22:15
Pakistan və Türkiyənin XİN başçıları Yaxın Şərqdəki gərginliyi müzakirə ediblər
Более 300 военных США ранены в войне
Dünya 21:50
Более 300 военных США ранены в войне
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək
Dünya 17:30
Əhməd əş-Şəraa gələn həftə Almaniyaya səfər edəcək
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Dünya 08:53
Trampın imzası ilk dəfə ABŞ dollarının üzərində əks olunacaq
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Dünya 22:31
Türkiyə XİN-dən Qara dənizdə türk tankerinə edilən hücumla bağlı- Açıqlama
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Dünya 22:06
Maduroya qarşı ittihamlar qüvvədə qalır, məhkəmə xərcləri mübahisəsi davam edir
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
Dünya 20:10
Oskar mükafat alan filmin nümayişi Rusiyada qadağan edilib
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Dünya 18:00
İran mənə yeni Ali Lider olmağı təklif edib -Tramp
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol