• $
  • £

DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb

DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
16.01.2026 09:15

Kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə ümumi və xüsusi tələblərə riayət olunması vəziyyətinin yoxlanılması məqsədilə yaradılmış Komissiyanın 2025-ci ilin yekunlarına dair iclası keçirilib.

İclasda Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) əməkdaşlarından ibarət birgə Komissiya kritik informasiya infrastrukturunun təhlükəsizliyi üzrə cari vəziyyəti, il ərzində aparılmış yerində qiymətləndirmələrin nəticələrini, habelə mövcud kiberriskləri müzakirə edib, 2026-cı il üçün əsas funksional hədəfləri müəyyənləşdirib.

Rəsmi məlumata görə, DTX və XRİTDX əməkdaşlarının iştirakı ilə aparılan yoxlamalar zamanı bəzi subyektlərin təqdim etdiyi daxili audit hesabatları ilə faktiki vəziyyət arasında ciddi uyğunsuzluqlar aşkar olunub. Bu hal kritik informasiya infrastrukturu obyektləri üzrə kibertəhlükəsizliyin gücləndirilməsi üçün mərkəzləşmiş nəzarət mexanizmlərinin səmərəliliyinin artırılmasının zəruriliyini ön plana çıxarıb.

İclasda eyni zamanda:

normativ-hüquqi mexanizmlərin tətbiqi, il ərzində görülmüş tədbirlərin nəticələri, kibertəhdid məlumatlarının mübadiləsi, beynəlxalq əməkdaşlıq çərçivəsində əldə olunan praktik nəticələr
müzakirə olunub.

Qeyd edilib ki, mövcud çağırışlar fonunda kritik informasiya infrastrukturunun təhlükəsizliyi ilə bağlı normativ-hüquqi bazanın inkişaf etdirilməsi, xüsusilə təhlükəsizlik tələblərinin daha da sərtləşdirilməsi və təkmilləşdirilməsi vacibdir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Telegram” kanalları kütləvi surətdə bloklanır
Texnologiya 21:20
“Telegram” kanalları kütləvi surətdə bloklanır
“X”in fəaliyyətində problem yaranıb
Texnologiya 18:29
“X”in fəaliyyətində problem yaranıb
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
Texnologiya 17:33
Nazir: rəqəmsal iqtisadiyyat ənənəvi iqtisadiyyatı üstələyir
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
Texnologiya 21:03
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
Texnologiya 20:29
"X"in fəaliyyəti bərpa olunub - Yenilənib
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Texnologiya 09:15
DTX: Kritik informasiya infrastrukturu üzrə yoxlamalarda uyğunsuzluqlar aşkarlanıb
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Texnologiya 18:23
Dövlət Xidməti “Telegram” və “WhatsApp”la bağlı araşdırmalar aparır
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Texnologiya 14:20
Bu gün ilk iPhone-un yaranmasından 19 il ötür
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Texnologiya 11:34
Britaniya X şəbəkəsini bağlamağı nəzərdən keçirir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol