• $
  • £

DYP bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə xəbərdarlıq edib

DYP bölgələrə səfər edən və hərəkətdə olan sürücülərə xəbərdarlıq edib
18.01.2026 13:53

Baş Dövlət Yol Polisi İdarəsi hazırda ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib.

Bildirilib ki, qar yağışı və şaxtalı hava şəraiti avtomobil yollarında hərəkəti xeyli çətinləşdirir.Sürüşkən yol örtüyü, məhdud görünüş məsafəsi və qəfil hava dəyişiklikləri yol-nəqliyyat hadisələri riskini artırır.

Təhlillər göstərir ki, qarlı hava şəraitində baş verən qəzaların əsas səbəblərindən biri mövsümə uyğun olmayan və aşınmış şinlərdən istifadədir.

Bu səbəbdən sürücülərdən xahiş edirik:

Zərurət olmadıqca uzunməsafəli və dağlıq ərazilərə səfərlərdən çəkinin;

Nəqliyyat vasitələrinin texniki sazlığını, xüsusilə şinlərin qış mövsümünə uyğunluğunu, diş dərinliyini və təzyiqini mütləq yoxlayın;

Qarlı və sürüşkən yollarda adi şinlərlə deyil, qış şinləri ilə hərəkət edin;

Sürət həddini yol və hava şəraitinə uyğun seçin, təhlükəsiz məsafəni qoruyun;

Yorğun və yuxusuz halda sükan arxasına əyləşməyin.

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bölgələrdə gücləndirilmiş rejimdə xidmət aparır, təhlükəli yol sahələrində nəzarət və sürücülərlə izahedici söhbətlər davam etdirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər


FHN ötən həftə 62 nəfəri xilas edib
Cəmiyyət 09:40
FHN ötən həftə 62 nəfəri xilas edib

Sabunçuda fərdi yaşayış evində yanğın olub
Cəmiyyət 09:28
Sabunçuda fərdi yaşayış evində yanğın olub
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol