• $
  • £

Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb

Leyla Əliyeva Efiopiyanın Baş naziri ilə görüşüb
19.01.2026 18:07

Leyla Əliyeva ilə Efiopiyanın Baş naziri Abiy Əhməd Əli arasında görüş keçirilib.

Söhbət zamanı Azərbaycan ilə Efiopiya arasındakı ikitərəfli münasibətlərin hazırkı vəziyyəti və perspektivləri ətraflı müzakirə olunub.

Səmimi dialoq şəraitində keçən görüşdə Leyla Əliyeva Azərbaycan Respublikası Prezidentinin salamlarını qarşı tərəfə çatdırıb və dövlət başçısının adından Baş naziri Azərbaycana səfərə dəvət edib.

Efiopiyanın Baş naziri Abiy Əhməd Əli dəvəti böyük məmnuniyyətlə qəbul edərək, Azərbaycan Prezidenti haqqında yüksək ehtiramla danışaraq, xoş sözlərini ifadə edib.

Baş nazir Azərbaycanda gedən sürətli inkişaf prosesini təqdir etdiyini bildirib. O, Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasəti və beynəlxalq aləmdəki yüksək nüfuzunu xüsusi vurğulayaraq, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyətindən söz açıb.

Görüşdə, həmçinin işğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri barədə məlumat verilib.

Vurğulanıb ki, Azərbaycanın 2024-cü ilin noyabrında ev sahibliyi etdiyi COP29 tədbirinin uğurlu təcrübəsi böyük maraqla qarşılanıb. Bu təcrübənin 2027-ci ildə Efiopiyada keçiriləcək COP32 konfransında tətbiq edilməsi imkanları müzakirə olunub. Hər iki ölkə arasında bu mühüm sahədə təcrübə mübadiləsinin aparılmasının vacibliyi bir daha qeyd edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
İlham Əliyev Qırğızıstana səfər edəcək
Siyasət 14:44
İlham Əliyev Qırğızıstana səfər edəcək
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Siyasət 13:52
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Siyasət 12:05
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Siyasət 11:58
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Siyasət 11:38
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol