• $
  • £

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb

İlham Əliyev Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti ilə görüşüb
20.01.2026 18:45

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) prezidenti Odile Reno-Basso ilə görüşüb.

söhbət zamanı ölkəmizlə AYİB arasında qurulmuş əməkdaşlıqdan məmnunluq ifadə olundu, bankın Azərbaycanda bir sıra uğurlu layihələr icra etdiyi bildirildi. Bu xüsusda bank tərəfindən ölkəmizin bir sıra bölgələrində, o cümlədən Gəncədə və Şəkidə su sektorunda müxtəlif layihələrin həyata keçirilməsi qeyd edildi, Bakı şəhəri və Abşeron yarımadasında su təchizatı, tullantı və yağış suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026-2035-ci illər üzrə Dövlət Proqramı çərçivəsində qəbul olunmuş layihələrin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparıldı.

Görüşdə, həmçinin bərpaolunan enerji sektorunda fəaliyyətin, Naxçıvanın nəqliyyat sisteminin yenilənməsinin, ölkəmizin ayrı-ayrı bölgələrində məişət tullantılarının zərərsizləşdirilməsi layihələrinin maliyyələşdirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanda bank sektoru, həmçinin sahibkarlığın inkişafı, yerli və xarici iş adamları üçün səmərəli investisiya mühitinin yaradılması istiqamətində dövlət tərəfindən həyata keçirilən işlərdən danışıldı.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
İlham Əliyev Qırğızıstana səfər edəcək
Siyasət 14:44
İlham Əliyev Qırğızıstana səfər edəcək
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Siyasət 13:52
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Siyasət 12:05
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Siyasət 11:58
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Siyasət 11:38
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol