• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

“Fitch”: Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir

“Fitch”: Dövlət borcu Azərbaycanın kredit profilinin güclü tərəfidir
20.01.2026 21:30

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət borcu ilə bağlı narahatlıq üçün səbəb görmür.

Bu barədə “Fitch Ratings” beynəlxalq reytinq agentliyinin EMEA regionu üzrə suveren reytinqlər direktoru Arvind Ramakrişnan “Fitch Qafqaz haqqında: 2026-cı il üçün suveren sektor və bank sisteminin perspektivləri” adlı vebinar zamanı bildirib.

Onun sözlərinə görə, dövlət borcu Azərbaycanın kredit profilinin açıq-aşkar güclü tərəfidir.

“2025-ci il vəziyyətinə görə onun həcmi ÜDM-in 20 %-dən bir qədər çoxdur ki, bu da müəyyən olunmuş 30 %-lik həddən xeyli aşağıdır. Bu sahədə biz narahatlıq üçün səbəb görmürük”, – Ramakrişnan vurğulayıb.

2025-ci il oktyabrın 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 25 milyard 365,1 milyon manat (ÜDM-in 19,5 %-i) təşkil edib. Bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 3,2 % azalıb.

Dövlət borcunun strukturunda 17 milyard 46,8 milyon manat daxili borcun payına düşür, 4 milyard 893,1 milyon ABŞ dolları və ya 8 milyard 318,3 milyon manat isə xarici borcdur. 2024-cü il oktyabrın 1-i ilə müqayisədə daxili borc 0,8 %, xarici borc isə 7,7 % azalıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol