• $
  • £

İlham Əliyev ikinci neft bumundan danışdı, Avropa investisiyalarının azlığını tənqid etdi

İlham Əliyev ikinci neft bumundan danışdı, Avropa investisiyalarının azlığını tənqid etdi
21.01.2026 07:32

Beynəlxalq enerji şirkətlərinin kəşfiyyat layihələri uğurlu olarsa, Azərbaycan "ikinci çox əhəmiyyətli neft bumu" yaşaya bilər. Bu barədə Prezident İlham Əliyev Dünya İqtisadi Forumu çərçivəsində bildirib.

Dövlət başçısı qeyd edib ki, ölkədə qaz hasilatı artsa da, neft hasilatını stabilləşdirmək üçün konkret planlar mövcuddur.

Prezident Avropa şirkətlərinin həm qalıq yanacaq, həm də bərpa olunan enerji sahəsinə investisiya yatırmaqda maraqlı olmamasından təəssüfünü ifadə edib.

O, yaşıl enerji sahəsində əsas tərəfdaşların BƏƏ, Səudiyyə Ərəbistanı, Çin və Böyük Britaniya olduğunu vurğulayıb.

Əliyev bildirib ki, 2025-ci ildə Azərbaycanın ixrac etdiyi 25 milyard kubmetrdən çox qazın təxminən 13 milyard kubmetri Avropaya göndərilib.

Enerji layihələrinə baxmayaraq, əsas üstünlüyün qeyri-neft sektoruna verildiyini deyən dövlət başçısı, ekoloji məsuliyyətin vacibliyini qeyd edib.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Siyasət 20:45
Məsud Pezeşkian İlham Əliyevə zəng edib
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Siyasət 18:35
Əli Əsədov Cevdet Yılmazla görüşüb
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Siyasət 18:05
Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
İlham Əliyev Qırğızıstana səfər edəcək
Siyasət 14:44
İlham Əliyev Qırğızıstana səfər edəcək
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Siyasət 13:52
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Siyasət 12:05
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Siyasət 11:58
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Siyasət 11:38
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol