Deputatdan təklif:Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığı genişləndirək
Türk dövlətləri ilə parlamentlərarası əməkdaşlığın genişləndirilməsi vacibdir. Bunu deputat Aydın Mirzəzadə Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında bildirib.
“Prezident də hər zaman deyir ki, bizim ailəmiz türk ailəsidir. Çox istərdim ki, komitəmiz Türk dövlətlərinin parlamentlərində bizim komitəyə uyğun formada görüşlər keçirsin”, – Mirzəzadə vurğulayıb.
Məsələyə münasibət bildirən Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qeyd edib ki, bu istiqamətdə artıq ilkin addımlar atılıb.
Onun sözlərinə görə, 2025-ci ilin dekabrın sonunda Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi görüşlə bağlı müraciət daxil olub və hazırda bu təklif ətrafında müzakirələr aparılır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox