• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Deputat işləyən pensiyaçıların pensiya kapitalının daha tez-tez yenilənməsini təklif edib

Deputat işləyən pensiyaçıların pensiya kapitalının daha tez-tez yenilənməsini təklif edib
21.01.2026 14:20

Milli Məclisin deputatı Vüqar Bayramov “Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilərək işləyən pensiyaçıların pensiya kapitalından istifadə müddətinin qısaldılmasını təklif edib.

Deputatın sözlərinə görə, hazırkı qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən pensiyaçıların pensiyası 6 ildən bir yenidən hesablanır. Bu zaman fərdi hesabın sığorta hissəsində toplanmış məcburi dövlət sosial sığorta haqlarının 90%-i pensiya kapitalı kimi nəzərə alınır.

Mövcud mexanizmə əsasən, pensiya artımı üçün formalaşan kapital 72 aya (144 aydan pensiya təyin edildikdən sonra işlənən aylar çıxılmaqla) bölünür və nəticə aylıq pensiyaya əlavə olunur. Bu isə faktiki olaraq pensiya artımının yalnız iki dəfə – hər 6 ildən bir baş verməsi deməkdir.

Bayramov qeyd edib ki, bu mexanizmə görə 65 yaşında pensiyaya çıxıb işləməyə davam edən şəxs ikinci pensiya artımını yalnız 77 yaşında əldə edir.

“Əksər inkişaf etmiş ölkələrdə işləyən pensiyaçıların pensiya kapitalından istifadə müddəti daha qısadır. Buna görə təklif edirik ki, pensiya artımı 2 dəfə 6 ildən bir deyil, 3 dəfə 4 ildən bir həyata keçirilsin”, – deputat bildirib.

Onun sözlərinə görə, bu dəyişiklik işləyən pensiyaçıların topladığı kapitaldan daha səmərəli istifadəyə, həmçinin pensiya məbləğlərinin daha erkən və daha çox artmasına imkan verə bilər.

Deputat vurğulayıb ki, Azərbaycanda işləyən pensiyaçıların sayı təxminən 190 min nəfərə yaxındır və təklif olunan dəyişiklik bu kateqoriyadan olan çoxsaylı vətəndaşların pensiya gəlirlərinin artımına səbəb ola bilər.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol