• $ 1.7
  • € 1.9776
  • ₽ 0.021807
  • ₺ 0.0393
  • £ 2.2772

Parlamentdə "Təmiz Enerji Günü" olacaq

Parlamentdə "Təmiz Enerji Günü" olacaq
22.01.2026 14:01

Milli Məclisdə Beynəlxalq Təmiz Enerji Günü münasibətilə tədbir keçiriləcək. Bu barədə Təbii ehtiyatlar,energetika və ekologiya komitəsinin 2026-ci il yaz sessiyası üçün işlər planında qeyd olunub. 

Tədbir İqtisadi Əməkdaşlıq Təşkilatı və BMT-nin Sənaye İnkişaf Təşkilatının təsis etdiyi Təmiz Enerji Mərkəzi (IƏT TEM) ilə birgə təşkil olunacaq və mart ayında baş tutacaq.


Mart–aprel aylarında yaşıl iqtisadiyyata keçiddə bərpa olunan enerjinin rolu mövzusunda müzakirələr aparılacaq, o cümlədən Qaradağ Günəş Elektrik Stansiyası ilə tanışlıq nəzərdə tutulur.

Tədbirlər Energetika Nazirliyi və MASDAR şirkətinin iştirakı ilə keçiriləcək.


Apreldə ekoloji tarazlığın qorunmasında təhsilin rolu mövzusunda tədbir planlaşdırılır.

Müzakirələrdə Elm və Təhsil Nazirliyi və ADA Universiteti iştirak edəcək.

Həmin dövrdə həmçinin fövqəladə halların ekosistemə mümkün təsiri ilə bağlı dəyirmi masa təşkil olunacaq; tədbirə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi cəlb ediləcək.


İyunda ekoloji tarazlığın qorunmasında ekoloji mədəniyyətin rolu mövzusunda müzakirələr, eləcə də tullantıların təhlükəsiz idarə olunmasına dair dinləmə keçiriləcək. Dinləmələrdə Hesablama Palatası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Təmiz Şəhər” ASC-nin iştirakı nəzərdə tutulur.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Korrupsiya cinayəti törədən 18 nəfər "iş başında"tutulub
Cəmiyyət 15:15
Korrupsiya cinayəti törədən 18 nəfər "iş başında"tutulub

3000 abonentin qazı kəsiləcək
Cəmiyyət 15:03
3000 abonentin qazı kəsiləcək
Deputat: Bərdəyə yaxın ərazidə tullantıların yandırılması ekoloji təhlükə yaradır
Cəmiyyət 14:54
Deputat: Bərdəyə yaxın ərazidə tullantıların yandırılması ekoloji təhlükə yaradır
Deputat: Gəncədə kanalizasiya problemi illərdir həllini tapmır
Cəmiyyət 14:47
Deputat: Gəncədə kanalizasiya problemi illərdir həllini tapmır
Parlamentdə "Təmiz Enerji Günü" olacaq
Cəmiyyət 14:01
Parlamentdə "Təmiz Enerji Günü" olacaq

Lerikdə güclü qar evin dam örtüyünü uçurub
Cəmiyyət 13:39
Lerikdə güclü qar evin dam örtüyünü uçurub
Səhiyyə Nazirliyi monitorinq aparmasa qanunun ciddi mənfi təsirləri olacaq - Deputat
Cəmiyyət 13:07
Səhiyyə Nazirliyi monitorinq aparmasa qanunun ciddi mənfi təsirləri olacaq - Deputat
İşəgötürənlə bağlı anonim şikayətlərə baxılmır-Vəli Quliyev
Cəmiyyət 13:05
İşəgötürənlə bağlı anonim şikayətlərə baxılmır-Vəli Quliyev
Deputat yenidən həkim rezidentlərin əməkhaqqı məsələsinə toxunub
Cəmiyyət 12:36
Deputat yenidən həkim rezidentlərin əməkhaqqı məsələsinə toxunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol