• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Deputat: Fermerlər üçün uzunmüddətli və aşağıfaizli kreditlər qanunla tənzimlənməlidir

Deputat: Fermerlər üçün uzunmüddətli və aşağıfaizli kreditlər qanunla tənzimlənməlidir
22.01.2026 16:32

Fermerlər üçün uzunmüddətli və aşağıfaizli kreditlərin verilməsi qanunvericiliklə tənzimlənməlidir. Bu barədə deputat Razi Nurullayev aqrar siyasət komitəsinin iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, kənd təsərrüfatında maliyyə resurslarına çıxış məhduddur və mövcud kredit şərtləri fermerlərin real imkanlarına uyğun gəlmir. Deputat vurğulayıb ki, bu məsələ ayrı-ayrı qərarlarla deyil, birbaşa qanunvericilik mexanizmləri ilə həll edilməlidir.

“Uzunmüddətli və aşağıfaizli kreditlər fermerlərin dayanıqlığını təmin edər. Bu istiqamətdə qanun qəbul olunarsa, çox müsbət nəticələr verə bilər”, – Nurullayev qeyd edib.

Deputat həmçinin aqrar sığorta sisteminin sadələşdirilməsinin vacibliyinə diqqət çəkib. Bildirib ki, iqlim dəyişiklikləri fonunda fermerlərin fəaliyyəti qısa müddətdə tamamilə məhv ola bilər və mövcud mexanizmlər riskləri yetərincə kompensasiya etmir.

Onun sözlərinə görə, elə bir aqrar model formalaşdırılmalıdır ki, fermerlər üçün qoruyucu və davamlı mexanizm rolunu oynasın.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol