• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Ötən il İsraillə ticarət dövriyyəsi 360 milyon dollara çatıb

Ötən il İsraillə ticarət dövriyyəsi 360 milyon dollara çatıb
26.01.2026 15:54

Azərbaycanın İsraildə səfirlik açmasından sonra iki ölkə arasında iqtisadi əlaqələr sürətlə genişlənib və 2025-ci ildə ticarət dövriyyəsi təxminən 50% artaraq 360 milyon dollara yaxınlaşıb. Bunu İsrailin xarici işlər naziri Gideon Saar bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan regionda mühüm siyasi mövqeyə və strateji coğrafi yerləşməyə malikdir və bu, ölkəni İsrail biznesi üçün Cənubi Qafqaz və Mərkəzi Asiyaya açılan əsas qapıya çevirir.

O qeyd edib ki, hazırda Bakı ilə Təl-Əviv arasında həftədə 20 birbaşa aviareys həyata keçirilir və İsrail tərəfi son iki il ərzində birbaşa uçuşları davam etdirən AZAL-ın fəaliyyətini yüksək qiymətləndirir.

Nazirin məlumatına görə, 2025-ci ildə 60 min İsrail vətəndaşı Azərbaycana səfər edib və bu göstəricinin növbəti illərdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir. O, israilliləri Azərbaycanın “təhlükəsiz və yəhudilər üçün dost ölkə” olduğunu vurğulayaraq ölkəyə səfərə çağırıb.

Çıxışında SOCAR-ın İsraildə Tamar yatağına etdiyi strateji investisiyaları da qeyd edən nazir bunun qarşılıqlı etimadın və praqmatik iqtisadi siyasətin göstəricisi olduğunu bildirib.

Nazir İsraildən 40-dan çox şirkət və iqtisadi qurum nümayəndəsinin daxil olduğu geniş biznes nümayəndə heyəti ilə Bakıya gəldiyini vurğulayıb. 

Nümayəndə heyətinə su, enerji, kibertəhlükəsizlik, texnologiya, səhiyyə, kənd təsərrüfatı və müdafiə sektorlarını təmsil edən şirkətlər daxildir.

İsrail rəsmisi bildirib ki, tərəflər müdafiə, enerji, su ehtiyatları, texnologiya və kibertəhlükəsizlik sahələrində qarşılıqlı investisiyaların artırılmasında maraqlıdır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol