Hüquqi şəxslər banka gəlmədən biznes hesabı aça biləcəklər!
Yelo Bank biznes müştərilərinə daha çox rahatlıq gətirən yeni xidmətini istifadəyə verdi. Artıq hüquqi şəxslər banka gəlmədən tam rəqəmsal və təhlükəsiz formada İnternet Bankçılıq platforması üzərindən pulsuz biznes hesabı aça bilirlər.
Bu yenilik rəqəmsal biznes mühitinin sürətlə artdığı bir dövrdə şirkətlər üçün vaxt və rahatlıq qazandırır. Sadə interfeys və intuitiv addımlar prosesi daha da rahat edir.
Belə ki, müştəri İnternet Bankçılıq səhifəsinə daxil olaraq “Qeydiyyatdan keç” düyməsini seçir. Hesab açılışı üçün sorğunu doldurub, valyuta seçir. Hüquqi şəxsə aid məlumatlar sistem tərəfindən avtomatik əlavə olunur, bu da müştəriyə əlavə vaxt qazandırır. Sənədlər formalaşdırılır və ASAN İmza ilə imzalanır. Müştəri istəyə bağlı olaraq sənədlərini şəxsi e-mail ünvanına göndərə bilər. Daha sonra SİMA-nın videozəng həlli vasitəsilə məsafədən şəxsin identifikasiyası aparılır. Uğurlu identifikasiyadan sonra biznes hesabı həmin gün aktivləşir. Qeyd edək ki, xidmət hazırda yalnız yeni müştərilər üçün iş günləri saat 09:00–17:00 arası aktivdir.
Biznes hesabı aktivləşən kimi müştəri İnternet Bankçılıq xidmətində istənilən əməliyyatı gerçəkləşdirə bilər. Qeyd edək ki, Yelo İnternet Bankçılığın imkanları bununla bitmir. Müştəri həm kompyuterdə, həm də mobil telefonda İnternet Bankçılıq xidmətini eyni rahatlıqla istifadə edə bilər. Hesab üzrə əməliyyatlar, əməkhaqqı ödənişləri, ölkədaxili və xarici köçürmələr, kredit sifarişi, konvertasiya və digər zəruri bank əməliyyatlarının hamısı bir neçə kliklə həyata keçirilir.
Yelo Bank ilə biznes hesabı açmaq indi sadə, etibarlı və rahatdır. Xidmətdən istifadə üçün: //ylb.az/ibank.
Biznes krediti şərtləri ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!