• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycanın bank sektoru 2025-i aktiv və kredit artımı ilə başa vurub

Azərbaycanın bank sektoru 2025-i aktiv və kredit artımı ilə başa vurub
28.01.2026 10:59

31 dekabr 2025-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 502, şöbələrinin sayı 87, ATM-lərin sayı isə 3 486 olub. Bu barədə Mərkəzi Bankdan bildirilib.

Bank sektorunda çalışanların sayı hesabat ayında 1,4% (369 nəfər) artaraq 27 389 nəfərə, ilin əvvəlindən isə 8% (2 026 nəfər) yüksəlib.

Rəsmi statistikaya görə, bank sektorunun cəmi aktivləri 57 086,2 mln. manat, cəmi öhdəlikləri 49 743,7 mln. manat, balans kapitalı isə 7 342,5 mln. manat təşkil edib. 2025-ci il ərzində bankların aktivləri 7,7%, öhdəlikləri 7,2%, balans kapitalı isə 11% artıb.

Hesabat ayında bankların kredit portfeli 1,3% (377,5 mln. manat) genişlənərək 30 063 mln. manata çatıb. Kredit portfelinin strukturunda biznes kreditləri 53,6% (16 106,3 mln. manat) ilə üstünlük təşkil edib. İstehlak kreditlərinin payı 31,1% (9 354,2 mln. manat), ipoteka kreditlərinin payı isə 15,3% (4 602,5 mln. manat) olub.

Ümumilikdə, 2025-ci il ərzində kredit portfeli 9,4% və ya 2 585,4 mln. manat artıb. Artımın 1 319,1 mln. manatı biznes, 909,3 mln. manatı istehlak, 357 mln. manatı isə ipoteka kreditlərinin payına düşüb.

Bankların öhdəliklərinin strukturunda depozit portfeli əsas payı qoruyub — cəmi öhdəliklərin 76,8%-i və ya 38 221,9 mln. manat. Depozitlərin 57,3%-i (21 898,4 mln. manat) hüquqi şəxslərin, 42,7%-i (16 323,5 mln. manat) isə fiziki şəxslərin depozitlərindən ibarət olub.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol