• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Nazirlik rəsmisi ötən il dəstək olunan uşaqların sayını açıqlayıb

Nazirlik rəsmisi ötən il dəstək olunan uşaqların sayını açıqlayıb
28.01.2026 12:14

2025-ci il ərzində Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisələrində 886, sosial xidmət mərkəzlərində isə 622 uşaq müxtəlif sosial xidmətlərlə təmin edilib. Bunu nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov Milli Məcisdə "uşaq hüquqları haqqında" qanuna münasibət bildirərkən deyib. 

Layihələr çərçivəsində 30 günərzi qayğı mərkəzi fəaliyyət göstərib və bu mərkəzlər vasitəsilə 1 198 uşağa sosial xidmət göstərilib.

Valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsi və inkişafını təmin etmək məqsədilə 2025-ci il ərzində 40 uşaq himayədar ailəyə, 149 uşaq övladlığa verilib.

Reinteqrasiya tədbirləri nəticəsində 275 uşağın müəssisələrə düşməsinin qarşısı alınmış, 176 uşaq isə müəssisələrdən ailələrinə qaytarılmışdır.

Nazirlik tərəfindən 97 əlilliyi olan uşağın sanatoriya-kurort putyovkaları ilə təminatı həyata keçirilib.

Ötən il ərzində 44 200 nəfər əlilliyi olan uşaq, 67 000 nəfər ailə başçısını itirmiş uşaq, 13 200 nəfər beşdən çox uşağı olan qadınların uşağı, 3 200 nəfər  aztəminatlı ailələrin 1 yaşınadək uşağı, 647 nəfər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşağı, həmçinin 42 nəfər övladlığa götürülmüş, 47 nəfər isə himayədar ailəyə verilmiş uşaq olmaqla ümumilikdə 128 mindən çox uşaq Nazirlik tərəfindən sosial ödənişlərlə təmin olunub. 

Ümumilikdə, 128 mindən çox uşaq Nazirlik tərəfindən müxtəlif sosial ödənişlərlə təmin olunur. Həmçinin, 179 618 aztəminatlı ailələrdən olan uşağa ünvanlı dövlət sosial yardımı ödənişi həyata keçirilir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol