• $
  • £

Azərbaycanda istintaqa İKT sistemlərinə məhkəmə qərarı olmadan baxış səlahiyyəti verilə bilər

Azərbaycanda istintaqa İKT sistemlərinə məhkəmə qərarı olmadan baxış səlahiyyəti verilə bilər
29.01.2026 10:59

Azərbaycanda müstəntiqlərə müəyyən hallarda məhkəmə qərarı olmadan informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinə, elektron verilənlərə və onların saxlanıldığı daşıyıcılara məcburi baxış, axtarış və götürmə aparmaq səlahiyyəti verilə bilər. Bu, Cinayət-Prosessual Məcəlləyə təklif olunan dəyişikliklərdə əksini tapıb.

Məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunan qanun layihəsində yer alıb.

Layihəyə əsasən, cinayətin izlərinin, sübut mənbəyi ola biləcək maddi obyektlərin aşkarlanması və iş üçün əhəmiyyətli halların müəyyən edilməsi məqsədilə müstəntiq İKT sistemlərinə, onların hissələrinə, elektron verilənlərə və daşıyıcılara baxış keçirə biləcək. Baxış zamanı müstəntiq bu materialları müstəqil şəkildə və ya mütəxəssisin iştirakı ilə götürmək hüququna malik olacaq.

Dəyişikliklərə görə, yaşayış, xidməti və ya istehsalat yerində İKT sistemlərinə baxış və onların götürülməsi müvafiq şəxsin dəvəti və ya razılığı ilə həyata keçirilərsə, məhkəmə qərarı tələb olunmayacaq. Lakin xidmət provayderlərində saxlanılan məlumatların (abunəçi, trafik və məzmun verilənləri) məcburi ələ keçirilməsi üçün, bir qayda olaraq, məhkəmə qərarı tələb ediləcək.

Bununla yanaşı, şəxsiyyətə və ya dövlət hakimiyyətinə qarşı ağır və xüsusilə ağır cinayətlər üzrə sübutların gizlədilməsi və ya məhv edilməsi təhlükəsi yarandıqda, müstəntiq məhkəmə qərarı olmadan axtarış və götürmə apara biləcək. Təxirəsalınmaz hallarda isə xidmət provayderlərində saxlanılan məlumatlar da məhkəmə qərarı olmadan ələ keçirilə biləcək.

Qanun layihəsi eyni zamanda cinayət-prosessual qanunvericiliyə bir sıra yeni anlayışların əlavə edilməsini nəzərdə tutur. Bunlara İKT sistemi, elektron verilənlər, xidmət provayderi, trafik verilənləri, abunəçi məlumatları və məzmun verilənləri anlayışları daxildir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İlham Əliyev Qırğızıstana səfər edəcək
Siyasət 14:44
İlham Əliyev Qırğızıstana səfər edəcək
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Siyasət 13:52
Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib/Yenilənib
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Siyasət 12:05
Əli Əsədov: Azərbaycan enerji sahəsində liderlik edir
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Siyasət 11:58
Azərbaycan Prezidenti Türkiyə vitse-prezidenti ilə görüşüb
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Siyasət 11:38
Baş nazir: Azərbaycan-Türk Dövlətləri Təşkilatı ticarət və sərmayəyə hazırdır
Baş nazir TDT Baş katibi ilə görüşüb
Siyasət 19:00
Baş nazir TDT Baş katibi ilə görüşüb
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Siyasət 18:35
Özbəkistanın Baş naziri Azərbaycanda səfərdədir
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Siyasət 18:28
Ceyhun Bayramov portuqaliyalı həmkarı ilə telefon danışığı aparıb
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Siyasət 18:04
Qırğızıstanın Baş naziri Azərbaycana gəlib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol