• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycan Aİ ilə Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunmasını müzakirə edib

Azərbaycan Aİ ilə Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə əlavə olunmasını müzakirə edib
29.01.2026 17:21

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında Zəngəzur dəhlizinin Trans-Avropa nəqliyyat şəbəkələrinə (TEN-T) əlavə olunması ətrafında fikir mübadiləsi aparılıb.

Bu barədə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Avropa Komissiyasının Qonşuluq və Genişlənmə danışıqları üzrə baş direktoru Gert Can Kupman ilə görüş keçirdik. Görüşdə Naxçıvanın nəqliyyat infrastrukturunun inkişafı və bu istiqamətdə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlanılması ilə bağlı məsələləri müzakirə etdik. Süni intellekt və kibertəhlükəsizlik sahəsində kadr potensialının gücləndirilməsi, Aİ şirkətlərinin ölkəmizdə fəaliyyəti barədə danışdıq. Eyni zamanda Azərbaycanın Aİ-nin "Horizon Europe" proqramı çərçivəsində layihələrdə iştirakı imkanlarını nəzərdən keçirdik", -  nazir qeyd edib.

Nəbiyev, tərəflərin həmçinin Orta Dəhlizin potensialının artırılması və rəqəmsallaşdırılması, eləcə də aviasiya, dəniz nəqliyyatı, süni intellekt və kibertəhlükəsizlik sahələrində Aİ ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardığını diqqətə çatdırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol