• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycanda minimum əmək haqqına hər il yenidən baxıla bilər

Azərbaycanda minimum əmək haqqına hər il yenidən baxıla bilər
02.02.2026 15:30

Azərbaycanda minimum əmək haqqının məbləği ildə azı bir dəfə yenidən nəzərdən keçiriləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və bir oxunuşda qəbul edilən Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanun layihəsinə əsasən, minimum əmək haqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təklifləri əsasında, səlahiyyətli icra orqanı tərəfindən ildə bir dəfədən az olmayaraq yenilənəcək.

Rəsmi izaha görə, minimum əmək haqqı işçilərin minimum yaşayış səviyyəsinin təminində əsas sosial siyasət alətlərindən biri hesab olunur və bu məsələ beynəlxalq qurumların, xüsusilə Beynəlxalq Əmək Təşkilatının diqqət mərkəzindədir. Dünya Bankı Qrupunun “Business Ready” hesabatında isə minimum əmək haqqının dövri yenilənməsinin qanunvericilikdə məcburi şəkildə təsbit edilməməsi ölkələr üçün bal itkisi yaradan meyarlar sırasına daxil edilib.

Bu kontekstdə dəyişikliklər Azərbaycan Respublikası Baş nazirinin müavini, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən 19 fevral 2025-ci ildə təsdiqlənmiş tədbirlər planına uyğun hazırlanıb və “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru üzrə mövqelərin yaxşılaşdırılmasını hədəfləyir.

Qanun layihəsinin qəbul edilməsi minimum əmək haqqının müəyyənləşdirilməsində dövriliyi təmin etməklə yanaşı, beynəlxalq hesabatlarda ölkənin bal itirməsinə səbəb olan amilin aradan qaldırılmasına imkan verəcək.

Bugün Milli Məclisin iclasında deputat Əli Məsimli təklif edib ki, minimum əməkhaqqının ən azı ildə bir dəfə müzakirə edilməsi zəruridir. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol