• $
  • £

Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir


Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydalar sərtləşdirilir
02.02.2026 17:36

Gürcüstan parlamentinin Hüquqi Məsələlər Komitəsi "Gürcü Arzusu" fraksiyası tərəfindən irəli sürülən qanunvericilik təşəbbüsü çərçivəsində "Qrantlar haqqında" və əlaqəli digər qanunlara təklif olunan dəyişikliklər paketini birinci oxunuşda müzakirə edərək dəstəkləyib.

Parlamentin yaydığı məlumata görə, dəyişikliklər "qrant" anlayışını genişləndirir və dəqiqləşdirir.

Yeni tərifə əsasən, qrant - Gürcüstan hökumətinə, dövlət qurumlarına və ya cəmiyyətin hər hansı bir hissəsinə təsir göstərmək niyyəti və ya inancı ilə həyata keçirilən və ya həyata keçiriləcək fəaliyyətlər üçün istifadə olunan vəsait hesab ediləcək. Bu, həmçinin Gürcüstanın daxili və xarici siyasətinin formalaşdırılması, həyata keçirilməsi və ya dəyişdirilməsinə yönəlmiş, eləcə də xarici dövlətlərin və ya xarici siyasi partiyaların siyasi və ictimai maraqları ilə bağlı fəaliyyətləri əhatə edir. Qrantlar nağd və ya natura formasında ola bilər.

Xaricdə qeydiyyatdan keçmiş, lakin əsas fəaliyyəti Gürcüstanla bağlı olan təşkilatlar qrant almadan əvvəl Gürcüstan hökumətindən müvafiq razılıq əldə etməlidirlər.

Dəyişikliklərə əsasən, texnologiya, ixtisaslaşmış bilik, bacarıq, təcrübə mübadiləsi, xidmətlər və digər yardım formaları müqabilində köçürülən vəsaitlər də qrant hesab ediləcək.

Cinayət Məcəlləsinə də dəyişiklik edilərək xaricdə lobbiçilik və siyasi fəaliyyət üçün ödənilən vəsaitlərin cinayət məsuliyyəti yaratması barədə norma əlavə olunur. Gürcüstanla bağlı məsələlərdə beynəlxalq səviyyədə ölkə adından çıxış etmək səlahiyyəti yalnız Gürcüstan hökumətinə məxsusdur.

Qanunvericilik paketinə əsasən, partiya-siyasi məqsədi olan və bunu açıq şəkildə bəyan edən fiziki və ya hüquqi şəxslər siyasi partiyalarla eyni tələblərə tabe olacaq. Bu isə onların xaricdən maliyyə almasını qadağan edir, hüquqi şəxslərdən ianə qəbulunu məhdudlaşdırır və gəlirlərin qanunla müəyyən olunmuş müddətdə bəyan edilməsini tələb edir.

Bundan əlavə, "Vətəndaşların siyasi birlikləri haqqında" üzvi qanuna planlaşdırılan dəyişikliklərə görə, illik gəlirinin 20 faizindən çoxunu xarici dövlətdən alan təşkilatda çalışan şəxslərin 8 il müddətinə siyasi partiya üzvü olması qadağan ediləcək.

Qanunvericilik paketində İnzibati Xətalar Məcəlləsinə də dəyişikliklər nəzərdə tutulur. Yeni qaydalara əsasən, sahibkarlıq subyektinin əsas fəaliyyəti ilə bağlı olmayan ictimai-siyasi fəaliyyətlə məşğul olması inzibati xəta sayılacaq. Bu halda 20 min lari, təkrar pozuntu zamanı isə 40 min lari məbləğində cərimə tətbiq olunacaq.

Bu dəyişikliklər Gürcüstanda xarici maliyyələşmə və siyasi fəaliyyətlə bağlı qaydaların daha da sərtləşdirilməsi kimi qiymətləndirilir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Dünya 23:49
Pakistanın Baş naziri İran prezidenti ilə regiondakı vəziyyəti müzakirə edib
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
Dünya 23:06
Məşhəd hava limanı beynəlxalq uçuşları aprelin 20-dən bərpa edəcək
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
Dünya 22:23
ABŞ-də atışma nəticəsində səkkiz uşaq ölüb
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
Dünya 22:00
İran danışıqların ikinci mərhələsində iştirakdan imtina edib
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Dünya 21:14
ABŞ Hörmüz boğazındakı minaları təmizləmək üçün dronlardan istifadə edir
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Dünya 17:02
Xavyer Miley İsraildə rəsmi səfərdədir
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
Dünya 11:01
Xersonda avtomobilə zərbə endirilib, ölən və yaralananlar var
SEPAH Hörmüzü bağladı
Dünya 23:19
SEPAH Hörmüzü bağladı
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Dünya 19:50
İranla müharibəyə görə dünya 50 milyard dollardan çox itki ilə üzləşib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol