• $ 1.7
  • € 1.9498
  • ₽ 0.020266
  • ₺ 0.0384
  • £ 2.2565

Azərbaycanın dövlət borcu azalıb - Maliyyə Nazirliyi

Azərbaycanın dövlət borcu azalıb - Maliyyə Nazirliyi
04.02.2026 16:09

2025-ci ildə dövlət borcunun həcmi 1 milyard 392,7 milyon manat azalıb. Bu barədə Maliyyə Nazirliyindən bildirilib. 

Eyni zamanda, dövlət zəmanətli borclar üzrə də azalma qeydə alınıb – bu göstərici 589 milyon manat təşkil edib.


Dövlət istiqrazları üzrə orta ödəniş müddəti 2,2 dəfə artırılaraq 3,3 ilə çatdırılıb ki, bu da borcun daha uzunmüddətli və dayanıqlı şəkildə idarə olunmasına imkan verib.


Nazirliyin açıqlamasında qeyd olunur ki, borca xidmət xərclərinin optimallaşdırılması nəticəsində dövlət büdcəsində 300,1 milyon manat məbləğində qənaət əldə edilib.


Bununla yanaşı, vəsaitlərin səmərəli idarə olunması çərçivəsində Vahid Xəzinə Hesabının idarə edilməsi hesabına 121,3 milyon manat gəlir qazanılıb.


Rəsmi qurum vurğulayıb ki, əldə olunan nəticələr fiskal dayanıqlığın gücləndirilməsi və dövlət maliyyəsinin daha effektiv idarə olunması baxımından mühüm əhəmiyyət daşıyır.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş bahalaşıb
İqtisadiyyat 18:44
Qızıl və gümüş bahalaşıb

Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 17:47
Azərbaycan kartof ixracını 3 dəfədən çox artırıb
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb
İqtisadiyyat 15:17
Azərbaycanda bu avtomobillər kəskin bahalaşıb

Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb
İqtisadiyyat 14:42
Azərbaycan meyvə-tərəvəz ixracından qazancını 32 % artırıb

Nyu-York birjasında təbii qazın qiyməti artıb
İqtisadiyyat 11:19
Nyu-York birjasında təbii qazın qiyməti artıb


Qara metal idxalı ixracı 13 dəfə üstələyib
İqtisadiyyat 17:05
Qara metal idxalı ixracı 13 dəfə üstələyib

Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb
İqtisadiyyat 16:02
Azərbaycandan BƏƏ-yə pul köçürmələri 44 %-ə yaxın artıb

Ölkədə kərə yağı istehsalı 10% azalıb
İqtisadiyyat 13:25
Ölkədə kərə yağı istehsalı 10% azalıb

Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
İqtisadiyyat 12:40
Azərbaycandan Rusiyaya pul köçürmələri 20 % azalıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol