ABŞ klubu azərbaycanlı futbolçunun transferini açıqlayıb
ABŞ-ın "Kolombus Kryu" komandası Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini açıqlayıb.Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
22 yaşlı hücumçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. O, beynəlxalq transfer sertifikatı və viza aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.
"Qarabağ" da gənc forvardla yolların ayrıldığını rəsmən açıqlayıb. Bildirilib ki, ABŞ təmsilçisi ilə danışıqlar yekunlaşıb, Nəriman Axundzadənin MLS klubuna keçidi barədə razılıq əldə olunub.
Nəriman Axundzadə Premyer Liqada 84 oyunda 24 qol vurub. O, komandanın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə kubokun qalibi olub.
Son xəbərlər
Daha çox