• $
  • £

Elvin Abbasov: süni intellektdə hədəf istehsalçı ölkə olmaqdır

Elvin Abbasov: süni intellektdə hədəf istehsalçı ölkə olmaqdır
11.02.2026 12:00

İKT üzrə ekspert Elvin Abbasov hesab edir ki, Azərbaycan süni intellekt məsələsinə yalnız texnoloji trend kimi deyil, strateji seçim kimi yanaşmalıdır.

Onun sözlərinə görə, əsas sual budur: Azərbaycan süni intellekt sahəsində istehlakçı ölkə olacaq, yoxsa istehsalçı? Bu hədəf dəqiq müəyyənləşdirilməli və dövlət səviyyəsində koordinasiyalı şəkildə idarə olunmalıdır.

Abbasov bildirib ki, əgər ölkədə bu sahənin güclü elmi bazası formalaşmasa, Azərbaycan digər ölkələrin elmi və texnoloji məhsullarından istifadə edən, onlardan asılı vəziyyətdə qalan ölkəyə çevrilə bilər. 

Bu səbəbdən, süni intellekt istiqamətində bütün asılılıq faktorları – texnoloji, proqram təminatı, infrastruktur və insan kapitalı baxımından – düzgün təhlil edilməlidir.

Ekspert vurğulayıb ki, Azərbaycan enerji ölkəsi kimi əlavə üstünlüklərə malikdir.

 Doğru strategiya seçildiyi təqdirdə, enerji resursları və rəqəmsal transformasiya imkanlarının sintezi müsbət nəticələr verə bilər.

Onun fikrincə, elmin real təsir gücü olması üçün tədqiqat nəticələri praktik tətbiqə yönəlməlidir.

 "Azərbaycan elmini biznes mühitində görmək vacibdir. Bunun üçün universitetlərlə biznes strukturları arasında sıx əməkdaşlıq mexanizmləri qurulmalı, innovasiyaların kommersiyalaşdırılması təşviq edilməlidir", - o bildirib.

Abbasov əlavə edib ki, süni intellekt sahəsində uğur yalnız texnologiyanın alınması ilə deyil, milli elmi məktəbin, tətbiqi innovasiyaların və koordinasiyalı idarəetmə modelinin formalaşdırılması ilə mümkündür.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Göygöldə kişi həyat yoldaşını öldürüb
Cəmiyyət 22:24
Göygöldə kişi həyat yoldaşını öldürüb
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Cəmiyyət 21:56
Maştağada yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəmiyyət 21:13
Xankəndidə şəhər günü atəşfəşanlıqla qeyd olunub
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
Cəmiyyət 18:58
Cəlilabadda zəncirvari qəza baş verib, yaralılar var
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Cəmiyyət 15:16
BDYPİ hava şəraiti ilə əlaqədar hərəkət iştirakçılarına müraciət edib
Ağdamda quyudan kişi meyiti tapılıb
Cəmiyyət 14:55
Ağdamda quyudan kişi meyiti tapılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:33
Sabahın hava proqnozu açıqlanıb
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Cəmiyyət 11:51
DİN Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Cəmiyyət 11:08
Xankəndi, Xocalı, Xocavənd, Ağdərədə 3 867 sakin məşğulluq tədbirlərinə cəlb edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol