• $
  • £

Magistraturaya qəbul imtahanı keçirilib - Yenilənib

Magistraturaya qəbul imtahanı keçirilib - Yenilənib
15.02.2026 15:17

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (1-ci cəhd) keçirilib.Bu barədə DİM məlumat yayıb.

Qeyd edilib ki, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunub.

İmtahanda iştirak üçün 22780 bakalavr ərizə təqdim edib.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub. Müvafiq hal protokollaşdırılaraq həmin şəxs imtahandan xaric olunub. Hazırda qeyd olunan qayda pozuntusu ilə bağlı araşdırma aparılır.

Fevralın 16-dan etibarən DİM-də imtahan materiallarının emalına başlanılacaq. İmtahan nəticələri 2 mərhələdə elan olunacaq. Yaxın 3 gün ərzində qapalı və cavabları kodlaşdırılan açıq tipli tapşırıqların nəticələri elan olunacaq. Yekun imtahan balı isə xarici dil fənləri üzrə esse tapşırıqları yoxlanıldıqdan sonra – 6 həftə ərzində təqdim olunacaq.

İmtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

Bu gün saat 15:00-da DİM-in "Youtube" kanalı (//www.youtube.com/stateexamcenter) vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq. Bakalavrlar suallarını "Youtube"da müvafiq yayımın altına yaza bilərlər.

***

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirir.

İmtahan vermək üçün 22 min 780 bakalavr ərizə təqdim edib.

Onlardan 20 min 790 nəfəri Azərbaycan bölməsi, 1990 nəfəri rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15 min 391-i cari ilin, 7 min 389-u isə əvvəlki illərin məzunlarıdır, 47 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 16 min 499, Naxçıvanda 542, Gəncədə 1533, Sumqayıtda 1712, Abşeronda 1235, Mingəçevirdə 828, Lənkəranda 431 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2 min 69 nəzarətçi, 297 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onların “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanda bakalavrların xarici dil üzrə dinləyib-anlama bacarıqları da yoxlanılır. İmtahan dinləmə mətninin səsləndirilməsi ilə başlanır. Mətnin səsləndirilməsinə hazırlıq və binada sakitliyin təmin olunması ilə əlaqədar imtahanın başlanmasına 15 dəqiqə qalmış hər kəs zalda olmalıdır.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahan başlanandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartlarını zal nəzarətçisi yığır. Bundan sonra iştirakçılara xarici dil fənni üzrə yazı işi (esse) vərəqləri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq özləri ilə gətirməlidirlər. Sənədləri arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azercell və Samsung-dan yeni kampaniya!
Cəmiyyət 17:15
Azercell və Samsung-dan yeni kampaniya!
Bəzi ərazilərdən sel keçəcək - xəbərdarlıq
Cəmiyyət 16:34
Bəzi ərazilərdən sel keçəcək - xəbərdarlıq
Bayramov: Azərbaycan və Türkmənistan arasında 199 məhsul növü üzrə ticarət aparılıb
Cəmiyyət 16:11
Bayramov: Azərbaycan və Türkmənistan arasında 199 məhsul növü üzrə ticarət aparılıb
İmişlidə bir neçə ticarət obyektiyanır
Cəmiyyət 13:31
İmişlidə bir neçə ticarət obyektiyanır
Rusiya bir sutkada 454 Ukrayna dronunun vurulduğunu açıqlayıb
Cəmiyyət 13:28
Rusiya bir sutkada 454 Ukrayna dronunun vurulduğunu açıqlayıb
Sabah yağış yağacaq - proqnoz
Cəmiyyət 13:06
Sabah yağış yağacaq - proqnoz
İstanbuldakı Azərbaycan bağçasında uşaqlara qarşı zorakılıq iddiası - video
Cəmiyyət 12:50
İstanbuldakı Azərbaycan bağçasında uşaqlara qarşı zorakılıq iddiası - video
93 minə yaxın şəxs Prezident təqaüdü alıb
Cəmiyyət 12:31
93 minə yaxın şəxs Prezident təqaüdü alıb
Azərbaycanda bu şəxslər 2500 manatadək cərimələnəcək
Cəmiyyət 12:07
Azərbaycanda bu şəxslər 2500 manatadək cərimələnəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol