• $
  • £

Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib

Ombudsman azyaşlıların elektroskuterlərdən nəzarətsiz istifadəsinə görə dövlət qurumlarına müraciət edib
16.02.2026 12:32

Son illərdə şəhərdaxili hərəkətdə elektroskuterlərin geniş yayılması yol hərəkəti təhlükəsizliyi üçün yeni risklər yaradıb, xüsusilə 14 yaşdan aşağı uşaqların nəzarətsiz istifadəsi həm onların, həm də digər iştirakçıların həyatı üçün təhlükə təşkil edir. Bu barədə Ombudsman Səbinə Əliyevanın yaydığı müraciətdə qeyd olunub. 

Ombudsman qeyd edib ki, qanunvericilikdə minimum yaş həddi nəzərdə tutulsa da, onun icrası təmin edilmir. Təhlükəsizlik dəbilqəsi məcburi norma kimi tətbiq olunmur, yüksək sürətli elektroskuterlər kəllə-beyin travması və ölüm riskini artırır. Kiçik elektrik nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və identifikasiyası yoxdur, inzibati məsuliyyətin tətbiqi çətinləşir.

Səbinə Əliyeva beynəlxalq təcrübəyə istinad edərək bildirib ki, bir çox ölkələrdə əsas məqsəd qadağa deyil, təhlükəsiz istifadənin təmin edilməsidir. Əsas prioritetlər arasında yaş məhdudiyyəti, təhlükəsizlik dəbilqəsindən məcburi istifadə, valideyn məsuliyyətinin gücləndirilməsi və effektiv nəzarət mexanizmləri yer alır.

Ombudsman vurğulayıb ki, bu tədbirlər mikromobilliyin təhlükəsiz inkişafını, yol hərəkəti iştirakçılarının hüquq və təhlükəsizliyinin qorunmasını təmin edəcək və şəhər mühitində riskləri minimuma endirəcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Cəmiyyət 21:12
Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Cəmiyyət 21:00
Dörd müntəzəm marşrutun hərəkəti müvəqqəti dəyişdirilir
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Cəmiyyət 18:30
Ötən gün 40 kq narkotik vasitə dövriyyədən çıxarılıb
Bilgəhdə 2 nəfər dənizdə batıb
Cəmiyyət 17:40
Bilgəhdə 2 nəfər dənizdə batıb
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Cəmiyyət 17:30
Göygölə dolu düşüb - FAKTİKİ HAVA
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Cəmiyyət 17:16
Bakı Aeroportu Formula 1 ərəfəsində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Cəmiyyət 16:32
Füzulidə yol qəzası baş verib, ölən və yaralananlar var
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Cəmiyyət 16:01
Şamaxıda Üzüm və Şərab Festivalı başlayıb
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Cəmiyyət 15:39
Ağdərədə 28 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol