• $
  • £

Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" keçirilib

Yelo Bank-da ilk "Yelo İnvestisiya Paneli" keçirilib
16.02.2026 15:32

İnvestisiya dünyası əslində hər birimiz üçün yeni imkanlar və fərqli bir gələcək deməkdir. Yelo Bank əməkdaşlarının bu sahədəki biliklərini artırmaq və onlara yeni maliyyə üfüqləri açmaq məqsədilə ilk 'Yelo İnvestisiya Paneli' tədbirini keçirib.

 

Tədbirin əsas hədəfi investisiya haqqında olan miflərə son qoymaq və hər kəs üçün əlçatan yolları göstərmək idi. Tədbirdə ölkənin aparıcı maliyyə qurumlarının ekspertləri öz bilik və təcrübələrini iştirakçılarla bölüşüblər.

 

Müzakirələrin təməlini Bakı Fond Birjasının nümayəndələri Fərhad Mansurov və Nigar Ağahüseynova qoyaraq, ölkədə mövcud olan investisiya mühiti və birja ticarətinin incəlikləri haqqında ətraflı məlumat veriblər. İnvestisiya alətlərinin çeşidləri və gəlir gətirən imkanlar barədə isə "Unicapital"ın direktoru Tofiq Həsənov çıxış edərək, iştirakçılara hansı vasitələrlə qazanc əldə etməyin yollarını izah edib.

 

Nəzəriyyəni real təcrübə ilə birləşdirən "SOCAR Capital"ın Baş investisiya direktoru Tolqa Kotan, illərin praktiki addımlarına əsaslanan çıxışı ilə investisiya yolunda qarşıya çıxan çağırışlardan və uğurlu strategiyalardan bəhs edib. Tədbirin ana mesajı isə Yelo Bank-ın Baş məhsul sahibi Elsevər Quliyevin təqdimatında öz əksini tapıb: “İnvestisiya: Pul işləsin, sən yox”.

 

Təqdimatlardan sonra tədbir daha dinamik müstəviyə – ekspertlərin panel müzakirəsinə keçid alıb. Paneldə Tolga Kotan (SOCAR Capital), Tofiq Həsənov (Unicapital) və Fərhad Mansurov (Bakı Fond Birjası) bir araya gəliblər. Bu bölümdə spikerlər öz praktik addımlarını və illərin sınağından keçmiş strategiyalarını iştirakçılarla bölüşərək, investisiyaya başlamaq istəyənlərin aktual suallarını canlı şəkildə cavablandırıblar.

 

Yelo Bank müştərilərinin maliyyə savadlılığını artırmaq və onlara parlaq gələcək qurmaqda dəstək olmaq üçün bu növ maarifləndirici tədbirləri davam etdirəcək.

 
Bankdan online tez kredit əldə etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
İqtisadiyyat 17:21
Banklar iki ayda kredit faizlərindən 715 mln. manat gəlir əldə edib
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı
İqtisadiyyat 15:09
Kapital Bank 7 nominasiya üzrə mükafatlandırıldı

FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
İqtisadiyyat 14:57
FAO mart ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb
Ən çox bankçılıq mükafatını ABB qazandı!
İqtisadiyyat 14:52
Ən çox bankçılıq mükafatını ABB qazandı!

"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb
İqtisadiyyat 10:50
"Bakı Fond Birjası"nın dövriyyəsi azalıb


Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
İqtisadiyyat 09:45
Azərbaycan neftinin qiyməti 140 dolları ötüb
Qızıl və gümüş ucuzlaşır
İqtisadiyyat 09:34
Qızıl və gümüş ucuzlaşır

“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
İqtisadiyyat 09:11
“WTI” markalı neftin qiyməti 111 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:09
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol