Qızıl və gümüş ucuzlaşıb
Qızılın qiyməti 0,94% azalaraq 4 967,35 ABŞ dollarına bərabər olub.Bu barədə birja məlumatlarında qeyd olunub.
COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 1,96% azalaraq 75,055 ABŞ dolları olub.
Platin spot bazarda (XPT/USD) 3,07% bahalaşaraq 2 066,78 dollar/unsiyaya çatıb. Qiymətli metalın dəyəri son ticarətdə 61,51 dollar artıb.
Analitiklər qiymətli metallar bazarındakı yüksəlişi qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin güclənməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edilir.
Aytac