Azərbaycan nefti bahalaşıb
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,79 ABŞ dolları və ya 1,13 % artaraq 70,36 ABŞ dolları təşkil edib.
Hərracların nəticələrinə görə, “Brent” markalı neftin aprel fyuçerslərinin qiyməti 71,24 ABŞ dolları olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,78 ABŞ dolları və ya 1,16 % artaraq 67,77 ABŞ dollarına yüksəlib.
Azərbaycanın 2026-cı il dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Beləliklə, hazırkı qiymət büdcə proqnozunu 5,36 dollar və ya təxminən 8,2 % üstələyir.
Tarixi göstəricilərə görə, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimal qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.