• $
  • £

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib

Bakcell və Peerstack Academy “The Tech Builders” layihəsinə start verib
19.02.2026 16:05

İnnovasiya lideri Bakcell və Peerstack Academy gənclərin innovasiya və rəqəmsal bacarıqlar sahəsində inkişafını dəstəkləyən “The Tech Builders” layihəsinə start verib.

 

Layihə çərçivəsində Peerstack Academy-də tələbələrlə görüş keçirilib. Tədbirdə Bakcell-in İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar üzrə direktoru Aysel Süleymanova çıxış edərək tərəfdaşlığın məqsədləri və gənclər üçün yaratdığı imkanlardan bəhs edib.

 

“Bakcell olaraq innovasiya və rəqəmsal bacarıqlar sahəsində gənc istedadların inkişafını strateji prioritetlərimizdən biri hesab edirik. Peerstack Academy ilə tərəfdaşlıq çərçivəsində həyata keçirdiyimiz “The Tech Builders” layihəsi gənclərə real sənaye bilikləri və praktiki bacarıqlar qazandıraraq onların İT sahəsində karyera qurmasına dəstək olur. Bu təşəbbüs vasitəsilə ölkədə rəqəmsal bacarıqların və peşəkar potensialın güclənməsinə töhfə verməyi hədəfləyirik”, – deyə Aysel Süleymanova bildirib.

 

Tələbələrlə görüşdə Bakcell əməkdaşları şirkətdə tətbiq olunan innovativ məhsullar, rəqəmsal transformasiya istiqamətləri, süni intellekt həllərinin tətbiqi və qlobal trendlər haqqında təqdimatlarla çıxış ediblər. Azərbaycan Texniki Universiteti və Peerstack Academy tələbələrinin iştirak etdiyi tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb, inkişaf imkanları müzakirə olunub.

 

Bakcell-in tərəfdaşlığı ilə həyata keçirilən layihə nəticəsində Peerstack Academy-də təhsil alan tələbələrin sayı artır. Hazırda akademiyada 100-dən çox aktiv tələbə təhsil alır və ilk il üçün 250 tələbənin təqaüd proqramına cəlb olunması planlaşdırılır. Təlim müddətində iştirakçılar  “Ruby”, “JavaScript”, “React”, “PostgreSQL” və “REST API” kimi müasir texnologiyalar üzrə praktiki bacarıqlar qazanır, real layihələr üzərində işləyərək portfoliolarını formalaşdırırlar. 

 

Peerstack Academy-nin tələbəsi olmaq istəyənlər linkə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

 

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

 

Oxşar xəbərlər
Oxşar xəbərlər

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol