• $
  • £

Avropa Komissiyası SOCAR-ın “Italiana Petroli”nin səhmlərini almasını təsdiqləyib

Avropa Komissiyası SOCAR-ın “Italiana Petroli”nin səhmlərini almasını təsdiqləyib
19.02.2026 16:10

Avropa Komissiyası Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İtaliya şirkəti “Italiana Petroli”nin (IP) 99,82 % səhmlərini “API Holding”dən almasını təsdiqləyib.

“Sövdələşmə əsasən xam neft və neft məhsullarının tədarükünü əhatə edir”, – Avropa Komissiyasından bildirilib.

Təşkilatdan qeyd edilib ki, satınalma nəticədə yaranan məhdud bazar mövqelərini nəzərə alaraq, rəqabət sahəsində problem yaratmayacaq. Buna görə də məsələyə birləşmələr üzrə sadələşdirilmiş prosedur çərçivəsində baxılıb.

“Italiana Petroli” İtaliyanın ən iri inteqrə olunmuş “downstream” platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika şəbəkəsinə sahibdir.

SOCAR və “API Holding” arasında “Italiana Petroli”nin səhmlərinin 99,82 %-nin satın alınması haqqında saziş 2025-ci il sentyabrın 23-də imzalanıb.

Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər

Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub
Cəmiyyət 20:22
Ağcabədidə ölümlə nəticələnən avtoqəza olub

İtkin düşən 5 nəfər ötən gün tapılıb
Cəmiyyət 19:57
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol