Azərbaycanda ödənişli xidmətlərin həcmi 7,6% artıb
Bu ilin yanvar ayında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1 milyard 264,1 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 7,6 % artım deməkdir.
Hesabat dövründə hüquqi şəxslər tərəfindən əhaliyə 954,7 milyon manatlıq xidmət göstərilib ki, bu da ümumi xidmətlərin 75,5 %-ni təşkil edib.
Yanvar ayında hər bir ölkə sakini orta hesabla 123,2 manatlıq müxtəlif ödənişli xidmətlərdən istifadə edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 14,4 manat çoxdur.