• $
  • £

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququnda məhrum edildi

Narkotikin təsiri altında avtomobil idarə edən şəxs sürücülük hüququnda məhrum edildi
21.02.2026 11:13

Salyan rayon sakini Alim Babayevin idarə etdiyi “Mercedes” markalı avtomobil YPX Alayının əməkdaşları tərəfindən stasionar postda nəzarət-yoxlama qaydasında saxlanılıb.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Bildirilir ki, sənədlərin yoxlanılması zamanı sürücünün bir müddət əvvəl narkotik sərxoşluğuna görə inzibati məsuliyyətə cəlb edildiyi müəyyən olunub. Qeyri-adekvat hərəkətləri şübhə doğurduğu üçün tibbi müayinəyə dəvət olunan A.Babayevin yenə də narkotik vasitənin təsiri altında olması aşkar edilib.

Eyni qanunazid əməli təkrar törətdiyinə görə A.Babayev məhkəmənin qərarı ilə 2 il sürücülük hüququndan məhrum edilməklə inzibati məsuliyyətə cəlb olunub.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin təsiri altında sükan arxasına əyləşərək digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradan şəxslərdən hüquqazidd əməllərə son qoymağı tələb edir və bu kimi hallara qarşı bundan sonrada ən kəsərli tədbirlərin görüləcəyini bildirir

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol