• $
  • £

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsinin həbs müddəti uzadılıb

Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsinin həbs müddəti uzadılıb
21.02.2026 12:23

Qaradağ Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat nəticəsində saxlanılan RİH başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbiri mayın 30-dək uzadılıb.

"Report"un məlumatına görə, bu barədə Binəqədi Rayon Məhkəməsində qərar verilib.

Qeyd edək ki, o, 2025-ci ilin noyabr ayında həbs olunub.

Baş Prokurorluğun məlumatına görə, istintaq və əməliyyat-axtarış tədbirləri ilə Qaradağın icra başçısının sabiq müavini Nadir Muradovun həmin vəzifədə işləməklə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayev, həmin rayon icra hakimiyyətinin əməkdaşları Rəşad Nadirli, İsa Şəmsəliyev və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovla cinayət əlaqəsinə girməklə Bakı şəhəri Qaradağ rayonu ərazisində yerləşən torpaq sahələri ilə bağlı ilkin rəsmiləşdirmə işlərinin aparılması və sonradan torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının təmin edilməsi üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət almalarına əsaslı şübhələr müəyyən edilib.

Nadir Muradov, Qafar Abdullayev, Rəşad Nadirli, İsa Şəmsəliyev və Zülfüqar Mansurova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Təqsdirləndirilən şəxslər Nadir Muradov, Qafar Abdullayev və Zülfüqar Mansurovun barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, İsa Şəmsəliyev və Rəşad Nadirli barəsində isə polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol