• $
  • £

FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib

FHN-in xidmət zamanı həlak olan əməkdaşı dəfn edilib
21.02.2026 20:00

Xidməti vəzifəsini yerinə yetirərkən həlak olan Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidməti Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin böyük yanğınsöndürəni daxili xidmət baş çavuşu Hakim Şahlar oğlu Piriyev Salyan rayonunun Şorkənd kəndində dəfn olunub.

Anews nazirliyə istinadən xəbər verir ki, dəfn mərasimində FHN-in rəhbər vəzifəli şəxsləri, mərhumun xidmət yoldaşları, ailə üzvləri və yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edilib ki, fövqəladə hallar orqanlarında 19 ilə yaxın iş təcrübəsi olan Hakim Piriyev xidmət göstərdiyi müddətdə işgüzar, məsuliyyətli və vətənpərvər əməkdaş kimi kollektivin hörmətini qazanıb. O, iştirak etdiyi çoxsaylı yanğınsöndürmə əməliyyatlarında cəsur və peşəkar yanğınsödürən kimi vəzifə borcunu layiqincə yerinə yetirib.

Xatırladaq ki, Hakim Piriyev bu gün saat 06:00 radələrində Bakı-Astara magistral yolunda avtomobildə baş vermiş yanğının söndürülməsi əməliyyatı zamanı xidməti vəzifəsini yerinə yetirərkən hərəkətdə olan avtomobilin vurması nəticəsində həlak olub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək
Cəmiyyət 17:50
Azərbaycandan Ermənistana bu məhsullar göndəriləcək


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol