• $
  • £

Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil edib

Azərsun Holdinq” jurnalistlər üçün süni intellekt mövzusunda təlim təşkil edib
23.02.2026 13:18

Azərbaycan dilinin qorunması və düzgün istifadəsi “Azərsun Holdinq” üçün prioritet istiqamətlərdən biridir.

Xüsusilə, cari ildə ana dilinə həssas yanaşmanın təşviqi və bu sahədə maarifləndirici təşəbbüslərin həyata keçirilməsi şirkətin diqqət mərkəzindədir.

Media məkanında dilin düzgün və peşəkar istifadəsinə dəstək məqsədilə təşkil olunan təlim də bu həssas yanaşmanın tərkib hissəsidir.

Ana dilində mətn tərtibatında süni intellekt alətlərindən istifadə mövzusuna həsr olunan təlimdə 25 media qurumundan jurnalistlər və Bakı Dövlət Universitetinin jurnalistika ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər.

Görüş “Code Academy” ilə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

 Təlimi süni intellekt üzrə kreativ direktor və təlimçi Ümid Salay aparıb.

Proqram çərçivəsində süni intellekt nədir və jurnalistikada rolu, mətn hazırlama prosesində süni intellektdən istifadə, mətn yaradan süni intellekt alətləri ilə tanışlıq, süni intellektdən istifadənin üstünlükləri və məhdudiyyətləri, düzgün sorğu (prompt) yazma qaydaları, süni intellekt tərəfindən yaradılmış mətnlərin redaktəsi və faktların yoxlanılması kimi mövzulara toxunulub.

Praktiki hissədə isə iştirakçılar süni intellekt alətlərindən istifadə edərək mətnlər hazırlayıb, redaktə edib və nəticələri birlikdə müzakirə ediblər.

“Azərsun Holdinq” media nümayəndələrinin peşəkar inkişafına, ana dilinin düzgün istifadəsinin təşviqinə və müasir texnologiyaların tətbiqinə yönəlmiş təşəbbüslərini bundan sonra da davam etdirəcək.

Oxşar xəbərlər
Oxşar xəbərlər


Putin azərbaycanlı alimi təltif edib
Cəmiyyət 17:16
Putin azərbaycanlı alimi təltif edib


MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Cəmiyyət 16:20
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Cəmiyyət 15:37
Ağcabədidə yol qəzasında bir nəfər ölüb, digəri yaralanıb
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Cəmiyyət 15:17
Şabranda narkokuryerlikdə şübhəli bilinən iki nəfər həbs edilib
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
Cəmiyyət 14:52
Bakıda yeni nəqliyyat dəhlizləri yaradılır
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Cəmiyyət 12:52
İlham Əliyev: Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib
Cəmiyyət 12:49
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak edib

Sabah 23 dərəcə isti olacaq - PROQNOZ
Cəmiyyət 12:12
Sabah 23 dərəcə isti olacaq - PROQNOZ

Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Cəmiyyət 11:57
Naxçıvanda evdən ər və arvadın meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol